13 Noyabr 2015 01:11
432
MSK
A- A+

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 159 və 161 saylı müraciətlər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 46/318

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Əliyev Eldar Paşa oğlu və müşahidəçi Quliyeva Təranə Nuru qızı 2015-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü seçki dairəsini əhatə etdiyi bir sıra seçki məntəqələrində pozuntuların baş verdiyini iddia edərək müvafiq qərar qəbul edilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni seçki dairəsindən, eyni məsələlərlə bağlı tələblər irəli sürüldüyündən qrup koordinatoru məlumatlandırmaqla bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində 11 noyabr 2015-ci ildə deputatlığa namizəd Əliyev Eldar Paşa oğlu və müşahidəçi Quliyeva Təranə Nuru qızı yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək şikayətlərindən imtina etdiklərini bildirərək həmin şikayətlər üzrə araşdırmaya xitam verilməsini xahiş etmişlər.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən  qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Əliyev Eldar Paşa oğlunun və müşahidəçi Quliyeva Təranə Nuru qızının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 159 və 161 saylı müraciətləri üzrə araşdırmaya xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

12.11.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video