Alternative content

01:46 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 334
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 334
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:11 11.11.2015

 

№ 334                                                Bakı şəhəri, 20 oktyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş  “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin  Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1066; 2013, № 12, maddə 1636) ilə təsdiq edilmiş “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nın “4. Tədbirlər” bölməsi üzrə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2010-2014” rəqəmləri “2010-2016” rəqəmləri ilə əvəz edilsin.

2. 6-cı hissənin “Tədbirin icra müddəti (illər üzrə)” sütununda “2013-2015” rəqəmləri “2015-2016” rəqəmləri ilə  əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri