11 Noyabr 2015 12:11
415
MSK
A- A+

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 noyabr 2015-ci il tarixli 147 saylı, 8 noyabr 2015-ci il tarixli 149 və 150 saylı, 9 noyabr 2015-ci il tarixli 153 saylı müraciətlər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 44/310

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Ağa-zadə İqbal Fehruz oğlu 2015-ci il noyabrın 7-də, həmin partiyanın səlahiyyətli nümayəndəsi Ağazadə Ənvər Sərdar oğlu 2015-ci il noyabrın 8-də və 9-da, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovna Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini, həmin seçki dairəsi üzrə səslərin yenidən sayılmasını, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli qərarının, 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair dairə seçki komissiyasının müvafiq qərarlarının ləğv edilməsini və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə aydınlıq gətirilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni seçki dairəsindən eyni məsələlərlə bağlı tələblər irəli sürüldüyündən qrup koordinatoru məlumatlandırmaqla bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd İ.F.Ağa-zadə müraciətində göstərir ki, səsvermə günü bir sıra seçki məntəqələrində səslərin hesablanması və protokollaşdırılması Seçki Məcəlləsinin 106-cı maddəsinin tələblərinə zidd aparılıb və müşahidəçilərə səsvermənin yekununa dair protokolların surəti verilməyib. Seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə seçicilərin səsvermədə iştirak fəallığı ilə bağlı protokoldakı rəqəmlərlə Mərkəzi Seçki Komissiyasının internet saytının göstəriciləri arasında ciddi fərq mövcuddur. Ona görə də həmin məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsini, seçki dairəsi üzrə səslərin yenidən hesablanmasını və yekun protokolun yenidən tərtib edilməsini xahiş etmişdir.
Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ə.S.Ağazadə müraciətində göstərir ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səslərin hesablanmasında bir sıra qanun pozuntularının yol verilməsi ilə bağlı seçki dairəsi üzrə səslərin yenidən hesablanması barədə müraciəti dairə seçki komissiyası tərəfindən araşdırılarkən araşdırmada və iclasda onun iştirakı təmin edilməyib, əlavə sübutlar istənilməyib və əsassız olaraq dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli qərarı ilə müraciəti təmin edilməyib. Ona görə də dairə seçki komissiyasının həmin qərarının ləğv edilməsini və seçki dairəsi üzrə bütün seçki məntəqələrində səslərin təkrar hesablanması barədə qərar qəbul edilməsini, eyni zamanda 5, 10 və 11 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi barədə dairə seçki komissiyasının müvafiq qərarlarını mübahisələndirərək həmin qərarların ləğv edilməsini və seçki məntəqələri üzrə ilkin nəticələrin əsas hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovna müraciətində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvi ilə bağlı məlumata aydınlıq gətirilməsini xahiş etmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə və səlahiyyətli nümayəndə ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Deputatlığa namizəd tərəfindən əlavə sənədlər və səsvermənin nəticələrinə dair protokolların surətləri təqdim edilmiş, araşdırmada və iclasda səlahiyyətli nümayəndənin iştirak edəcəyi bildirilmişdir. Araşdırmada və iclasda səlahiyyətli nümayəndə Ə.S.Ağazadənin iştirakı təmin edilmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, deputatlığa namizəd İ.F.Ağa-zadənin səsvermə günü seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində pozuntuya yol verilməsi və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi barədə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti Komissiyanın 5 noyabr 2015-ci il tarixli 42/300 saylı qərarı ilə aidiyyəti üzrə araşdırılması üçün 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasına göndərilmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 35 saylı qərarı ilə 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanması qərara alınmış, səslərin yenidən hesablanması nəticəsində dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 36 saylı qərarı ilə müraciət qismən təmin olunaraq 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş, 7 noyabr 2015-ci il tarixli 37 saylı qərarı ilə 17 saylı seçki məntəqəsi üzrə səslərin yenidən hesablanması ilə müəyyən edilən nəticələr əvvəlki nəticələrlə üst-üstə düşdüyündən səslərin yenidən hesablanması barədə tərtib edilmiş protokol təsdiq edilmişdir. Həmin qərarlardan şikayət verilməmişdir. Göründüyü kimi, deputatlığa namizəd İ.F.Ağa-zadənin hazırkı müraciətindəki tələbi araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Ona görə də həmin hissədə araşdırmaya xitam verilməlidir.
Araşdırma prosesində deputatlığa namizəd İ.F.Ağa-zadə tərəfindən əlavə olaraq seçki dairəsinin 21 saylı seçki məntəqəsinə aid 61 ədəd səsvermə bülleteni təqdim edilmişdir. Bununla bağlı bildirilməlidir ki, həmin bülletenlərin nə vaxt və hansı şəraitdə əldə edilməsi barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Şifahi olaraq səsvermə günü əldə edildiyi və bu barədə DİN-nin 102 xidmətinə məlumat verildiyi bildirilmişdir. Araşdırma məqsədi ilə dairə seçki komissiyasından alınaraq baxış keçirilmiş 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolda həmin səsvermə bülletenlərinin çatışmamazlığı öz əksini tapmadığından həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Araşdırma ilə seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə dair dairə seçki komissiyasının müvafiq qərarları əsasında müəyyən edilmişdir ki, Milli Məclisə seçkilərdə həmin dairə üzrə Böyük Quruluş Partiyasından qeydə alınmış namizəd Məmmədov Adıgözəl Nuru oğlunun və ADİSP-nin səlahiyyətli nümayəndəsi Cəfərov Əli Qurban oğlunun şikayəti əsasında 5 saylı seçki məntəqəsi üzrə, Ana Vətən Partiyasından qeydə alınmış namizəd Hüseynov Məhərrəm Bağır oğlunun və Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Namiq Lütvəli oğlunun şikayəti əsasında 10 saylı seçki məntəqəsi üzrə, ADİSP-dən qeydə alınmış namizəd Həsənli İntiqam Soltan oğlunun və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndəsi Bayramov Ülvi Əsgər oğlunun müraciətləri əsasında 11 saylı seçki məntəqəsi üzrə səslərin yenidən hesablanması qərara alınmış və səslərin yenidən hesablanması nəticəsində dairə seçki komissiyasının 5 noyabr 2015-ci il tarixli 29 saylı qərarı ilə 5 saylı seçki məntəqəsi üzrə və 6 noyabr 2015-ci il tarixli 32 və 34 saylı qərarları ilə müvafiq olaraq 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Araşdırma ilə dairə seçki komissiyası tərəfindən yuxarıda qeyd edilən seçki məntəqələri üzrə səslərin yenidən hesablanması və səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qəbul edilmiş qərarların ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən səlahiyyətli nümayəndə Ə.S.Ağazadənin həmin qərarların ləğv edilməsi barədə müraciətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də səlahiyyətli nümayəndənin həmin məsələ ilə bağlı müraciəti əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda dairə seçki komissiyasının əhatə etdiyi bütün seçki məntəqələrində səslərin yenidən hesablanması üçün kifayət qədər əsaslar olmadığından səlahiyyətli nümayəndənin digər müraciəti də təmin edilməməlidir.
Dairə seçki komissiyasının üzvü Hüseynova Sona Sultanovnanın Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğvinə dair məlumata aydınlıq gətirilməsi və həmin məntəqələrlə bağlı dairə seçki komissiyasında iclas keçirilməməsi ilə əlaqədar araşdırma nəticəsində dairə seçki komissiyasından təqdim edilmiş 10 noyabr 2015-cil tarixli arayışda göstərilir ki, dairə seçki komissiyasında Ümid Partiyasını təmsil edən komissiyanın həlledici səs hüquqlu üzvu Hüseynova Sona Sultanovna dairə seçki komissiyasının 5 və 6 noyabr 2015-ci ildə keçirilən iclaslarında üzrlü səbəb olmadan iştirak etməmişdir. Dairə seçki komissiyasına məlum olan (051) 497-38-03 nömrəli telefona zəng çatmamışdır. 7 noyabr 2015-ci ildə keçirilən iclas barədə isə telefonla məlumat verilməsi mümkün olmadığı halda, iclasa dəvət olunmuş namizəd İqbal Ağa-zadə və partiyanın səlahiyyətli nümayəndəsi Bəybala Əliyevlə birlikdə gəlmiş və iclasda iştirak etmişdir. Qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarda göstərilənlər həmin məsələ ilə bağlı müraciət etmiş şəxsə izah verilməsi kimi qəbul edilməli və onun müraciəti təmin edilmiş hesab edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 35 saylı Xətai üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Ağa-zadə İqbal Fehruz oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 noyabr 2015-ci il tarixli 147 saylı müraciətinin seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi tələbinə dair hissəsində dairə seçki komissiyasının həmin seçki məntəqələri ilə bağlı əvvəlki müraciəti üzrə müvafiq qərarları olduğundan araşdırmaya xitam verilsin, müraciət digər hissədə qismən təmin edilərək 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilərək ləğv edilsin, qalan hissədə əsassız olduğundan təmin edilməsin.
2. Səlahiyyətli nümayəndə Ənvər Sərdar oğlu Ağazadənin 8 noyabr 2015-ci il tarixli 150 saylı və 9 noyabr 2015-ci il tarixli 153 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 5 noyabr 2015-ci il tarixli 29 saylı, 6 noyabr 2015-ci il tarixli 30, 32 və 34 saylı qərarları dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Hüseynova Sona Soltanovnanın 8 noyabr 2015-ci il tarixli 149 saylı müraciəti təmin edilərək seçki dairəsinin 5, 10 və 11 saylı seçki məntəqələri üzrə qərarda göstərilənlərlə ona izah verilmiş hesab edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

10.11.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video