Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:03 18.03.2012

 

Vəfat edən qardaşımın 3 yaşlı övladına mən baxıram. Buna görə də işləyə bilmirəm. Mənim müavinət almaq hüququm varmı?

Dilarə Çələbiyeva,

Gədəbəy rayonu

 

- "Sosial müavinətlər haqqında" qanunun 7.0.5.2-ci maddəsinə görə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə onun ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Həmin qanunun 9.1.4.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək təyin edilir.

Odur ki, sizin ailə başçısını itirməyə görə müavinət almaq hüququnuz var.

 

Mənzilin mülkiyyətimdə olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı itirmişəm.  Çıxarışın dublikatını almaq istəyirəm. Bunun üçün nə qədər dövlət rüsumu ödəməliyəm?

Nadir Babazadə,

Bakı şəhəri

 

- "Dövlət rüsumu haqqında" qanunun 26.4-cü maddəsinə görə,  daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi üçün10 manat dövlət rüsumu ödənilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi