Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 noyabr 2015-ci il tarixli 144 və 146 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 noyabr 2015-ci il tarixli 144 və 146 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
03:11 07.11.2015

 

Qərar № 43/307

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlu və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Hacılı Namiq Mahmud oğlu 6 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək müvafiq seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının yekun protokollarının etibarsız sayılmasını, həmin seçki dairələri üzrə səsvermənin baş tutmamasının və ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına dair 1 saylı protokolun 3-cü maddəsinin pozulmasının tanınmasını xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni mahiyyətə və xarakterə malik olduqlarından birgə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, mahiyyəti üzrə eyni məzmunlu müraciətlərə Mərkəzi Seçki Komissiyasının iclasında 5 noyabr 2015-ci il tarixində baxılmış və 42/303 saylı qərar qəbul edilmişdir. Göründüyü kimi, ərizəçilərin iddialarının əsassızlığı barədə səlahiyyətli orqanların preyudisiyal əhəmiyyət kəsb edən qərarı qüvvədədir. Ona görə də tələbin təmin edilməsindən imtina edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlunun və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Hacılı Namiq Mahmud oğlunun müvafiq olaraq 144 və 146 saylı 6 noyabr 2015-ci il tarixli müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   M

ikayıl Rəhimov

 

06.11.2015

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM