Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 noyabr 2015-ci il tarixli 125 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 noyabr 2015-ci il tarixli 125 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
03:11 06.11.2015

 

Qərar № 42/301

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə seçicilər Məmmədov Yarbala Hicran oğlu və Əhmədov Əhəd Zabit oğlu 3 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş, səsvermənin nəticələrini etibarsız hesab etməsini və yenidən seçki keçirilməsini xahiş etmişlər.

Ərizəçilər müraciətlərində şikayətçi kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Qasımova Elza Nuru qızını göstərmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar müraciət etmiş Ə.Z.Əhmədov və Y.H.Məmmədovla  əlaqə saxlanılmış, onlara əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Şikayətçilərdən Y.H.Məmmədov müraciətin məzmunundan məlumatsız olduğunu, lakin qonşusu Ə.Z.Əhmədovun xahişi əsasında şəxsiyyət vəsiqəsini ona verdiyini bildirmişdir.

Ə.Z.Əhmədov isə şikayətin onun tərəfindən edildiyini, deputatlığa namizəd E.N.Qasımova ilə qohumluq münasibətlərində olduğunu, şikayətdə göstərdiyi halları təsdiq edən hər hansı bir sənəd və materialın olmadığını bildirmişdir.

Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, Y.H.Məmmədov və Ə.Z.Əhmədovun səsvermə günü səsvermə hüququndan başqa şikayətdə göstərdiyi halları görə biləcək hər hansı bir, o cümlədən müşahidəçi, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və digər statusu olmamışdır.

Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, səsvermə günü Y.H.Məmmədov, Ə.Z.Əhmədov və digər şəxslər tərəfindən hər hansı bir qanun pozuntusu barədə komissiyaya müraciət daxil olmamışdır.

Göründüyü kimi, Y.H.Məmmədov və Ə.Z.Əhmədovun 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi və yenidən seçki keçirilməsi barədə müraciətlərinin qanuni əsasları olmamış və araşdırma zamanı bu müraciətlərin təmin edilməsini zəruri edəcək hallar aşkar edilməmişdir.

Ona görə də müraciətlər əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə seçicilər Məmmədov Yarbala Hicran oğlu və Əhmədov Əhəd Zabit oğlunun 3 noyabr 2015-ci il tarixli 125 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

05.11.2015