Alternative content

04:24 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 noyabr 2015-ci il tarixli 126 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 noyabr 2015-ci il tarixli 126 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
03:11 06.11.2015

 

Qərar № 42/302

 

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd İsgəndərov Vidadi İsgəndər oğlu 3 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçkiqabağı təşviqat prosesində onun hüquqlarının pozulmasını bildirmiş, həmin seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, seçki dairəsi üzrə seçki komissiyaları üzvlərinin, seçkiyə müdaxilə edən aidiyyəti dövlət orqanları nümayəndələrinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat verilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, V.İ.İsgəndərovun seçkiqabağı təşviqat hüququnun pozulması iddiası ilə əlaqədar onun tərəfindən verilmiş eyni məzmunlu müraciət Mərkəzi Seçki Komissiyasında araşdırılmış, 28 oktyabr 2015-ci il tarixli 39/286 saylı qərar qəbul olunmuş, şikayətçi tərəfindən həmin qərardan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə şikayət edilmiş və məhkəmə tərəfindən Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

Göründüyü kimi ərizəçinin iddialarının əsassızlığı barədə səlahiyyətli orqanların preyudisiyal əhəmiyyət kəsb edən qərarları qüvvədədir. Ona görə də V.İ.İsgəndərovun tələbinin təmin edilməsindən imtina edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd İsgəndərov Vidadi İsgəndər oğlunun 3 noyabr 2015-ci il tarixli 126 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

           

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

05.11.2015