02 Noyabr 2015 02:11
441
Oxucu məktubları
A- A+

Qanunun aliliyi rəhbər tutulur

 

Hörmətli redaksiya!

Milli Məclisə seçkilər ərəfəsində mən də sizə məktub yazmaq qərarına gəldim. Buna səbəb müstəqilliyimizin bərpasından sonra keçirilən seçkilərin yadıma düşməsi oldu. O vaxt seçkilər keçirilərkən el-oba bir-birinə dəyir, bəzən dava-dalaş düşür, umu-küsülərin sayı-hesabı olmurdu. Bəzi deputatlığa namizədlərin yaxınları qapı-qapı gəzib pul, ərzaq paylayır, belə demək mümkünsə, bir növ səsləri satın alırdılar. İndi bu cür addım atmaq kimsənin ağlına gəlməz.

Axı o vaxtdan sonra çox şey yaxşılığa doğru dəyişib. Hamı yaxşını pisdən ayırmağı bacarır. Bunun bir səbəbi də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərin demokratik prinsiplər əsasında şəffaf və ədalətli keçirilməsidir.  Bu amillər Bərdə rayonunda da özünü açıq şəkildə büruzə verir. Seçkilərə hazırlıq dövründə və seçkilərin keçirilməsində heç kim deyə bilməz ki, Bərdədə qanun pozuntusuna yol verilib. 94 və 95 saylı dairə seçki komissiyaları deputatlığa namizədlər üçün bərabər və normal şərait yaradılmışdı. Hər bir namizəd seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq üçün rayon icra hakimiyyətinin ayırdığı açıq və qapalı yerlərdən maneəsiz istifadə edib. Söylənilən fərqli fikirlərə görə, heç bir namizədə irad tutulmamış, təzyiq göstərilməmişdir.

Odur ki, seçkilərə hazırlıq prosesində olduğu kimi, seçki günü də qanunun aliliyi rəhbər tutuldu, hər kəs kimi deputatlığa layiq gördüsə, ona da səs verdi.

 

Səbuhi CƏFƏROV,

Bərdə şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video