02 Noyabr 2015 02:11
711
Oxucu məktubları
A- A+

Zəhmət adamının həmişə çörəyi var

 

Vladimirovka və ətraf kəndlərdə Şəkixan Məmmədovu tanımayan az tapılar. O, təsərrüfat qonşumdur. Hamı onu bənzərsiz rəngsaz, suvaqçı-usta kimi tanıyır. Şəkixan kişinin ikinci məşğuliyyəti bağbanlıqdır. Ailə üzvləri ilə 3 hektardan çox alma və gilas bağına qulluq edir. Övladları da çox zəhmətsevərdirlər. Ortancıl oğlu Rəsul bağçılığa xüsusi meyil göstərir. 

Rəsul ötən il təzə traktor alıb. Bağlarda müalicə-profilaktika işlərini aparmaq üçün çiləyici aqreqatı da var. Qonşularına da yardım əlini uzadır - texnikasını lazım gələndə bizim də sərəncamımıza verir, məsləhətini əsirgəmir. Bəzən yaxınlıqdakı kəndlərin də köməyinə gedir.

Qışda budama ilə məşğul oluruq. Yazda  cərgə aralarının otunu biçir, mal-qaraya veririk. Vaxtlı-vaxtında aqrotexniki qaydalara riayət edəndə məhsuldarlıq yüksəlir, beləcə gəlirlərimiz də artır. Odur ki, hər il bol məhsulumuz olur.

Ölkə Prezidentinin fermerlərə göstərdiyi qayğıdan da çox razıyıq. Alınan 12 min manatlıq traktorun pulunun 40 faizini dövlət ödəyib. Güzəştli qiymətlərlə mineral gübrələr də alırıq. Bütün bunlar bizim üçün böyük stimuldur.

 

Nəsimi QASIMOV,

Quba rayonu  Vladimirovka kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video