02 Noyabr 2015 02:11
447
Oxucu məktubları
A- A+

Sabahı daha gözəl olacaq

 

Ölkəmizdə vüsət alan böyük quruculuq və abadlıq işləri Ağsuda da göz-könül oxşayır. Həyatım həmişə rayonla bağlı olub. Ona görə də Ağsunun çiçəklənən illərini də yaxşı xatırlayıram, problemlər məngənəsində sıxıldığı günləri də.

Odur ki, istər müstəqillik dövründən, istərsə də əvvəlki dönəmindən bəhs edərkən ümummilli lider Heydər Əliyevi xatırlamamaq, onun misilsiz xidmətlərindən danışmamaq mümkün deyil. Rayonun əsas inkişaf dövrü məhz Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünə təsadüf edib. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə çətinliklər yaşansa da, sonralar hər şey öz axarına düşüb. 

Hazırda rayonumuz sözün həqiqi mənasında intibah dövrünü yaşayır. Başqa sözlə, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi islahatlar, abadlıq-quruculuq işləri Ağsuda da özünü göstərir. Cari ilin sentyabrında cənab Prezidentin Ağsuya səfəri hər bir rayon sakininin hədsiz sevincinə səbəb oldu. Axı Ağsu dövlət başçısını yeni görkəmdə qarşılayırdı: Heydər Əliyev Parkının yenidən qurulmuş, YAP  Ağsu  rayon təşkilatı üçün inzibati bina, Şahmat  məktəbi, İdman Kompleksi və şəhərin içməli su şəbəkəsi istifadəyə verilmiş, Telekommunikasiya Qovşağının və Poçt filialının inzibati binaları əsaslı təmir edilmiş, hər yerdə səliqə-sahman yaradılmışdı.

Ağsuda quruculuq, abadlıq işləri yenə davam edir. Bu isə o deməkdir ki, onun bu günü dünənkindən gözəl olduğu kimi, sabahı indikindən də yaraşıqlı və abad olacaq.

 

Akif MİRZƏYEV,

Ağsu rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video