Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Fərdi sahibkar kimi sex işlədirəm. İşçilərdən birinin adına avtomobilə dair etibarnamə vermişəm ki, müəssisəyə lazım olan mal və materialın daşınmasını təmin etsin. Bu işçi yol qəzası törədib və nəticədə başqa şəxsə maddi zərər dəyib. Həmin şəxs məhkəməyə müraciət edərək pulu işəgötürən kimi məndən tələb edir. Halbuki hadisə iş vaxtı deyil, bazar günü baş verib. Bu halda mən işəgötürən kimi həmin şəxsə vurulmuş zərərə görə məsuliyyət daşıyıram?
Hidayət Əsədov,
Sumqayıt şəhəri
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəyə görə, məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara əsasən, işçi əmək müqaviləsi üzrə iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir. Amma bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin, yaxud fəaliyyət göstərməli olsun.
Göründüyü kimi, işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyətinin yaranması üçün tələb edilən şərtlərdən biri zərərin işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurulmuş olmasıdır. Başqa sözlə, hadisə zamanı dəymiş zərər ilə işçiyə verilmiş işin icrası arasında hər hansı məqsəd bağı yoxdursa, işəgötürənin məsuliyyətindən danışmaq mümkün deyildir.
Siz hadisə günü üçüncü tərəfə dəyən zərərlə işçinizə tapşırılmış işin icrası arasında hər hansı məqsəd bağının olmadığını sübuta yetirə bilsəniz, məsuliyyətdən qurtula bilərsiniz. Məhkəmə də işə baxarkən bu halın mövcud olub-olmamasını nəzərə alıb müvafiq qərar qəbul edəcəkdir.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!