30 Oktyabr 2015 02:10
464
MSK
A- A+

2015-ci il noyabrın 1-ə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 oktyabr 2015-ci il tarixli 8050 və 8051 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 40/287

 

29 oktyabr 2015-ci il tarixdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi G.Q.Aslanlı və başqanı A.M.Hacılı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-ə təyin edilmiş seçkilərdə partiyanın iştirakının dayandırılması, partiyanın qeydə alınmış namizədlərinin namizədlikdən imtina etmələrinin onların öz mülahizəsinə verilməsi barədə qərar qəbul etdiklərini bildirmiş və partiyanın qeydə alınmış namizədlərinin namizədlik statusundan imtinası barədə ərizələrinin dairə seçki komissiyaları tərəfindən qəbul edilməsinə şərait yaradılmasını, habelə seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunmasını xahiş etmişlər.

Aşağıda qeyd edilənlərə görə həmin müraciətlər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

Göründüyü kimi, Müsavat Partiyası nə seçkilərdə iştirakdan imtina edilməsi qaydalarına, nə də belə imtinanın müddətləri barədə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, partiya seçkilərdə iştirakdan imtina ilə bağlı qərarını səsvermə gününə azı 10 gün qalmışadək qəbul etməli olduğu halda, bunu səsverməyə 3 gün qalmış etmiş, habelə namizədlərin geri çağırılması ilə bağlı özü bilavasitə dairə seçki komissiyalarına müraciət etməli olduğu halda həmin məsələni namizədlərin mülahizəsinə buraxmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir.

Seçkilərin 4 ay müddətə təxirə salınması ilə əlaqədar məsələyə gəldikdə isə qeyd edilməlidir ki, seçki qanunvericiliyində iddia edilən müddətdə seçkilərin təxirə salınmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Seçkilər yalnız Seçki Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq qanunla müəyyən olunmuş müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə müvafiq seçki dairəsi üzrə 2 ay müddətinə, səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, ən geci 3 ay müddətinə təxirə salına bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 149-cu, 154.1-ci maddələrinə əsasən qərara alır:

1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi G.Q.Aslanlının 29 oktyabr 2015-ci il tarixli 8050 saylı və başqanı A.M.Hacılının 29 oktyabr 2015-ci il tarixli 8051 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.    

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

 

29.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video