Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:42 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 oktyabr 2015-ci il tarixli 108 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 oktyabr 2015-ci il tarixli 108 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
03:10 29.10.2015

 

Qərar № 39/285

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Fərzulla Xasay Səfər oğlu və müşahidəçi Baxışov Rüfət Əlizaman oğlu 26 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək qeydə alınmış namizədin seçkiqabağı təşviqatına ərazi icra nümayəndəsinin müdaxilə etməsi ilə əlaqədar dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı həmin komissiyanın qanunsuz hərəkətsizliyini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş şəxslər şikayətlərində göstərmişlər ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsinin ərazisi üzrə Lürən kəndində seçicilərlə müəyyən olunmuş yerdə seçkiqabağı görüş keçirdikdən sonra həmin yerdən kənarda kənd sakinləri ilə söhbət edərkən kənd icra nümayəndəsi namizədə bu cür görüşün keçirilməsinin yalnız rəsmi ayrılmış yerdə mümkün olmasını və burada görüş keçirə bilməyəcəyini bildirmişdir. Onlar icra nümayəndəsinin bu hərəkətini qeydə alınmış namizədin seçkiqabağı təşviqat hüququna müdaxiləsi kimi qiymətləndirərək bu barədə 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasına müvafiq tədbirlərin görülməsi üçün müraciət etmiş, lakin dairə seçki komissiyası bununla bağlı araşdırma aparmadan müraciətə məktubla cavab vermişdir.

Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, namizəd X.S.Fərzulla yuxarıda qeyd edilən hüququnun pozulması və bununla bağlı tədbirlərin görülməsi üçün dairə seçki komissiyasına yazılı müraciət etmiş, lakin komissiya həmin müraciətə Seçki Məcəlləsinin və göstərilən Təlimatın tələblərinə uyğun olaraq baxmamış və komissiya sədri tərəfindən ona məktubla cavab verilmişdir.

Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən, seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, müraciətdə iddia olunan qanun pozuntuları 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırlımalı və təsdiqini tapacağı təqdirdə müvafiq tədbirlərin görülməsi üçün qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112.4-cü, 112.9-cu, 112.10-cu və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Fərzulla Xasay Səfər oğlu və müşahidəçi Baxışov Rüfət Əlizaman oğlunun 26 oktyabr 2015-ci il tarixli 108 saylı şikayətləri qismən təmin edilsin, müraciətdə iddia olunan qanun pozuntuları həmin seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılsın və təsdiqini tapacağı təqdirdə müvafiq tədbirlərin görülməsi üçün qərar qəbul edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr               Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov  

 

28.10.2015

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM