15 Mart 2012 03:03
1023
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan ilə İndoneziya arasında hüquqi əlaqələr genişlənir

 

Martın 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri Prayato Atiyonto ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, səfiri yeni təyinatı münasibətilə təbrik edən Fərhad Abdullayev ölkələrimiz arasındakı münasibətlərdən danışaraq demişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri İndoneziya olmuşdur. Ötən il isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən İndoneziya tərəfindən dəstəklənmişdir.

F.Abdullayev 2011-ci ildə İndoneziyanın Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfərini xatırlayaraq bildirmişdir ki, hər iki ölkənin Konstitusiya Məhkəməsinin funksiyalarında oxşar cəhətlər çoxdur və bu, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük zəmin yaradır. F.Abdullayev, həmçinin qeyd etmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Avropa ölkələrinin Konstitusiya Məhkəmələri ilə yaxından əməkdaşlıq edir. Biz, Asiya ölkələri ilə də əməkdaşlıq etməkdə də maraqlıyıq. Bu əməkdaşlıq yalnız dostluq əlaqələrindən ibarət deyil. Eyni zamanda işgüzar xarakteri daşıyır. Biz müxtəlif ölkələrin Konstitusiya Məhkəmələrinin təcrübəsindən də istifadə edirik.

Cari ilin may ayında Seul şəhərində Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının yaradılması üçün toplantı keçiriləcəkdir. Bu toplantıda İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri də iştirak edəcək və toplantı çərçivəsində bizim görüşüb təcrübə mübadiləsi aparmaq üçün imkanımız olacaqdır.

Səfir Prayato Atiyonto göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, İndoneziya ilə Azərbaycan dost və qardaş ölkələrdir və bütün sahələrdə əlaqələrə malikdirlər. İndoneziyanın Konstitusiya Məhkəməsi ölkənin hüquq sistemində çox mühüm yer tutur. Vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etməklə öz hüquq və azadlıqlarını bərpa etmək hüququna malikdirlər. Azərbaycanda da bu qayda mövcuddur, bu da ölkələrimizin hüquq sisteminin ədalətli və demokratik xarakterindən xəbər verir.

Səfir bildirmişdir ki, rəsmi Cakarta beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəkləyəcək və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərini artıracaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin mövqeyini nəzərə çatdıran səfir demişdir ki, İndoneziya bu münaqişəni dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını istəyir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video