25 Oktyabr 2015 12:10
439
Oxucu məktubları
A- A+

İnkişafa, sabitliyə, rifaha səs verəcəyik!

 

Bizim Zeyvə kəndinin tarixi V əsrə gedib çıxır. Kəndimizdə  çoxlu sayda arxeoloji qazıntılar aparılmış, Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə yaşadan eksponatlar tapılmışdır.

Rayon mərkəzindən 25 kilometrlik məsafədə - dağlar qoynunda, füsunkar yaşıllıq əhatəsində yerləşən kəndimiz keçid dövründə müəyyən sosial çətinliklərlə üzləşmişdi. Əhali qışda daha çox əziyyət çəkirdi. Bu azmış kimi, gənclərmiz kənddən uzaqlaşır, başqa diyarlara üz tuturdular.

Sevinirik ki, respublikamızın dinamik yüksəlişi, hər sahədə tərəqqi, eləcə də regionların sosial-iqtisadi inkişafı bizim Zeyvədən də yan ötməyib. Kəndimizin siması tamamilə dəyişib. Təbii qaz xəttinin çəkilişi də bir neçə ay öncə yekunlaşıb. Payızın ilk ayında evlərə qaz verilməsi insanlara böyük sevinc, rahatlıq bəxş edib. Artıq odun dalınca ora-bura qaçmağa ehtiyac yoxdur. Kəndimizin  işıq problemi də aradan qaldırılıb.

Yollarımızın təmiri gediş-gəlişi birə-beş asanlaşdırıb. Halbuki bir vaxtlar axşam düşəndən sonra ətraf ərazilərdən Zeyvəyə heç kim maşın sürmürdü.

Ən əsası isə odur ki, kəndimizdən uzaq düşənlər geri qayıdırlar. İşləmək və yaşamaq üçün hər bir şəraitin olduğu Zeyvədə həyat getdikcə daha firavan olur. Elə buna görə də kənd əhli parlament seçkilərinə daha böyük həvəslə hazırlaşır. Niyə də hazırlaşmasın?! Axı biz bu inkişafa, sabitliyə, rifaha səs verəcəyik!

 

Şıxbaba ŞIXSEYİDOV,

Şabran rayonu,

Zeyvə kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video