25 Oktyabr 2015 12:10
511
Oxucu məktubları
A- A+

Səsimizi eşidən yoxdur

 

Ölkə miqyasında aqrar sahənin inkişafına göstərilən qayğı və diqqət müqabilində biz də üzümçülüyü və istixanada faraş tərəvəzçiliyi inkişaf etdirməyi qərara aldıq.

Bir neçə hektar sahədə üzüm bağı saldıq, 2 hektar sahədə qapalı şəraitdə faraş tərəvəz yetişdirmək üçün hər cür şəraiti olan istixana düzəltdik. İl boyu aqrotexniki tələblərə əməl edərək bol məhsul yetişdirdik. Üzüm yığımı artıq başa çatmaq üzrədir.  İstixanada da xiyar boldur. Təzəlikcə yığıma başlamışıq. Di gəl ki, müştəri yoxdur. Yerlərdə tədarük məntəqələri olmadığına görə min zəhmət bahasına yetişdirdiyimiz nə üzümü, nə də tərəvəzi sata bilirik.

Hörmətli redaksiya! Bizim səsimizi eşidən yoxdur. Bəlkə sizin sözünüzü eşidib  ilin hər mövsümündə təzə-tər olan məhsulumuzun yaxın-uzaq bazarlara göndərilməsi, onun sistemli surətdə  satışının təşkili üçün müvafiq təşkilatlar lazımi kömək edib münasib şərait, infrastruktur yaratdılar.

 

Sitarə MƏMMƏDOVA,

Samux rayonu, “Birlik-C.Z.” MMC-nin briqadiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video