Alternative content

09:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 328
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 328
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:10 22.10.2015

 

№ 328                                    Bakı şəhəri, 13 oktyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər”Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik  edilməsi barədə

 

“Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 4.9-cu bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu zaman tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Nazirliyin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri