22 Oktyabr 2015 01:10
891
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 329

 

№ 329                                    Bakı şəhəri, 14 oktyabr 2015-ci il

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 1.3-cü bəndinin icrası ilə əlaqədar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istifadəçilərin kənd təsərrüfatı texnikalarına və texnoloji avadanlıqlara olan tələbatının vaxtında ödənilməsi, habelə dövriyyə vəsaitlərinin hərəkətini sürətləndirməklə yeni texnikaların və texnoloji avadanlıqların alınması üçün cəmiyyətin daxili imkanlarının artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 263; 2007, № 2, maddə 192; 2010, № 3, maddə 257, № 8, maddə 755, № 12, maddə 1128) ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 

1. 2-ci hissənin ikinci abzasının birinci cümləsindən “dəyərinin ən geci 10 ilə ödənilməsi şərtilə” sözləri çıxarılsın.

2. 3-cü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“İstifadəçi “Aqrolizinq” ASC-yə məxsus texnikanı və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizdən az olmayan hissəsini əvvəlcədən, qalan hissəsini isə 10 ildən gec olmayaraq ödəyir.”.

3. 6-cı hissədə “Texnika” sözü “Aqrolizinq” ASC-nin xətti ilə alınan texnika” sözləri ilə və “Aqrolizinq” ASC” sözləri “həmin Cəmiyyət” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 9-cu və 10-cu hissələr əlavə edilsin:

“9. Ləğv edilmiş lizinq müqaviləsi üzrə istifadə edilmiş texnika və texnoloji avadanlıqlar yenidən lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, əvvəlki istifadəçi ilə bağlanılmış lizinq müqaviləsinin şərtlərinə əsasən həyata keçirilən ödənişlər nəzərə alınmaqla, həmin texnika və texnoloji avadanlıqların yeni istifadəçisinin ödəyəcəyi ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, “Aqrolizinq” ASC-nin nəzdində bu məqsədlə daimi fəaliyyət göstərən komissiya tərəfindən müəyyən edilir.

10. Əvvəllər lizinqə verilməmiş və “Aqrolizinq” ASC-nin aqroservis filialları tərəfindən istifadə edilmiş texnika və texnoloji avadanlıqlar lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, amortizasiya normaları nəzərə alınmaqla ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video