Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:58 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 330
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 330
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:10 22.10.2015

 

№ 330                                    Bakı şəhəri, 14 oktyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”da dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nınhəyаtаkеçirilməsi ilə bаğlı Tədbirlər Planının 13.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 453; 2014, № 6, maddə 747)ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

  1. 4.1-ci bəndə aşağıdakı məzmunda 4.1.7-ci və 4.1.8-ci yarımbəndlər əlavə edilsin: 

 

4.1.7.

İnsan alverinə məruz qalmaq ehtimalı olan əməkçi miqrantların sosial müdafiə tədbirləri ilə əhatə olunma imkanlarının asanlaşdırılması və genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.1.8.

Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının aşkarlanması prosesinin təkmilləşdirilməsi məqsədi ilə miqrasiya, sərhəd, gömrük orqanları tərəfindən əməkdaşları üçün insan alverinə qarşı mübarizəyə və qurbanların hüquqlarına dair təlimlərin keçirilməsi

Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi

 

mütəmadi

 

2.  4.1.2-ci yarımbənddə “2011-2013” rəqəmləri və 4.2.3-cü yarımbənddə “2011-2012” rəqəmləri “2015-2018” rəqəmləri ilə, 4.1.4-cü yarımbənddə “2011-2012” rəqəmləri “2016” rəqəmi ilə, 4.1.5-ci yarımbənddə “2011” rəqəmi “2016-2017” rəqəmləri ilə, 4.1.4-cü yarımbənddə isə “İcraçı orqanlar” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

3.  4.1.6-cı yarımbəndə “problemlərin” sözündən sonra “müəyyən edilməsi və” sözləri əlavə edilsin.

  1. 4.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

4.2.2.

İnsan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməsi və aradan qaldırılmasına dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2015-2018

 

  1. 4.2.4-cü yarımbəndə “verilməsi” sözündən sonra “, günərzi qayğı mərkəzlərinə” sözləri əlavə edilsin.
  2. 4.2.6-cı yarımbəndə “üçün” sözündən sonra “qabaqcıl beynəlxalq təcrübəyə əsasən” sözləri əlavə edilsin.

7.  4.3.1-ci yarımbəndə “istəyən” sözündən sonra “, eləcə də ilk dəfə işaxtaran” sözləri əlavə edilsin və həmin yarımbənddə “2011-2013” rəqəmləri “2015-2018” rəqəmləri ilə əvəz edilsin.

 

8.  4.4.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

4.4.5.

Əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin siyahısının dərc edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM