Alternative content

04:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 323
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 323
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:10 15.10.2015

 

№ 323                                                Bakı şəhəri, 12 oktyabr 2015-ci il

 

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, №7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.

2.   2-ci hissəyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri, “görə” sözündən sonra “mineral gübrələr üçün” sözləri, “manat” sözündən sonra “, herbisidlər üçün 10 manat” sözləri əlavə edilsin.

3.  4-cü, 6-cı və 6-1-ci hissələrə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.

4. 7-ci hissədə “və mineral gübrələrə” sözləri “, mineral gübrələrə və herbisidlərə” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları” üzrə:

5.1. adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin;

5.2. 1.1-ci bənddə “alınan mineral gübrələrin müvafiq qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə” sözləri “mineral gübrələrin və herbisidlərin kənd təsərrüfatı məhsulları istehsalçılarına” sözləri ilə əvəz edilsin;

5.3.   1.2-ci bənd üzrə:

5.3.1. birinci cümləyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin və həmin cümlədə “və gübrə” sözləri “, gübrə və herbisidlər”  sözləri ilə əvəz edilsin;

5.3.2. ikinci cümləyə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri,  “görə” sözündən sonra “mineral gübrələr üçün” sözləri, “manat” sözündən sonra  “, herbisidlər üçün 10 manat” sözləri əlavə edilsin;

5.4.  1.3-1.5-ci bəndlərə, 2-ci hissənin adına, 2.1-ci bəndə hər iki halda, 2.2-2.5-ci bəndlərə, 2.6-ci bəndə hər iki halda, 2.9-cu və 2.10-cu, 3.1-ci və 3.2-ci bəndlərə  ismin müvafiq hallarında “gübrələr” sözündən sonra ismin müvafiq hallarında “və herbisidlər” sözləri əlavə edilsin;

5.5.   2.7-ci bəndə “gübrənin” sözündən sonra “və herbisidin” sözləri əlavə edilsin;

5.6. həmin qaydalara 1 nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin və həmin əlavədə verilmiş “Ərizə” nümunəsinin üçüncü  abzası aşağıdakı redaksiyada verilsin:

“Xahiş edirəm  ____ hektar əkin sahəsinin becərilməsi üçün mənə güzəştli qiymətlərlə _____ ton (kq) azot, ______ ton (kq) kalium, _____ ton (kq) fosfor gübrəsinin  və _____ton (kq) _________adlı herbisidin satılmasını təmin edəsiniz.” ;

5.7. həmin qaydalara 2  nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin”sözləri  əlavə edilsin;

5.8. həmin qaydalara 3 nömrəli əlavənin yuxarı sağ küncünə “gübrələrin” sözündən sonra “və herbisidlərin”sözləri, mətnində ismin müvafiq hallarında “gübrə” sözündən sonra ismin müvafiq hallarında “və herbisid” sözləri əlavə edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin adına “gübrələrin” sözündən sonra “və herbisidlərin” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri