Alternative content

05:45 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 309
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 309
ANA SƏHİFƏ / Nazirlər Kabineti
04:10 14.10.2015

 

№ 309                                    Bakı şəhəri, 21 sentyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vəzifə maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1.  1-ci hissəyə “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

1.2.  5-ci hissədə “Respublikası Elmlər” sözləri “Milli Elmlər” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Əsasnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 23 mart tarixli 47 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 202; 2012, № 8, maddə 836) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  adına və 1-ci hissəsinə “Elmlər” sözündən əvvəl “Milli” sözü əlavə edilsin;

2.2.  həmin qərarla təsdiq edilmiş “Azərbaycan Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Əsasnaməsi” üzrə:

2.2.1. adına və 1-ci hissəsinə “Elmlər” sözündən əvvəl “Milli” sözü əlavə edilsin;

2.2.2. 2-ci hissəyə “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

2.2.3. 6.1-ci və 6.3-cü bəndlərdə “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin.

3. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 12, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846) ilə təsdiq edilmiş “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4-cü hissəsində “Respublikası Elmlər” sözləri “Milli Elmlər” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556; 2005, № 1, maddə 49, № 6, maddələr 540, 555, 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 474; 2014, № 11, maddə 1508)  ilə təsdiq edilmiş “Balıqçılıq  su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,

№ 3 (II kitab), maddə 221; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 49, № 2, maddə 122; 2006, № 2, maddə 185, № 10, maddə 903; 2010, № 3, maddə 263, № 12, maddə 1123) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə “Elmlər” sözündən əvvəl “Milli” sözü əlavə edilsin.

6. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360; 2004, № 2, maddə 121; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddələr 370, 374, № 9, maddə 822, № 11, maddə 994; 2008, № 2, maddə 132, № 5, maddə 432, № 6, maddə 586) ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 8-ci hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 564; 2002, № 2, maddə 101; 2004, № 9, maddə 745; 2007, № 12, maddə 1336; 2008, № 2, maddə 132) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin qərarla təsdiq edilmiş “Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları”nın 3-cü bölməsinin 4-cü hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin;

7.2. həmin qərarla təsdiq edilmiş “Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları”nın 2-ci bölməsi üzrə:

7.2.1. 5-ci hissədə “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin;

7.2.2. 11-ci hissəyə “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

7.3.  həmin qərarla təsdiq edilmiş “Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları”nın 2-ci bölməsinin 3-cü hissəsinə “Elmlər” sözündən əvvəl “Azərbaycan Milli” sözləri əlavə edilsin;

7.4.  həmin qərarla təsdiq edilmiş “Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi Limitləri”nin 3-cü bölməsi üzrə:

7.4.1. 4-cü hissədə, 5-ci hissənin “c” və “ç” bəndlərində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilsin;

7.4.2. 6-cı hissəyə “Elmlər” sözündən əvvəl “Milli” sözü əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,

№ 7, maddə 572; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı haqqında Əsasnamə”nin 1-ci bölməsinin 3-cü,

4-cü hissələrinə və 5-ci bölməsinin 1-ci hissəsinə “Elmlər” sözündən əvvəl “Milli” sözü əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri