13 Oktyabr 2015 03:10
459
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 76 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 32/237

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Ələkbərov Nizami Məhərrəm oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və həmin seçki dairəsi üzrə namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.M.Ələkbərov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində 497 seçici imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası ona imzaların yoxlanması barədə məlumat verməmiş, iclas barədə məlumat gec verildiyindən xəstəxanaya getdiyinə görə iclasda iştirak edə bilməmiş, nəticədə seçici imzalarının bir qismi müxtəlif əsaslarla etibarsız hesab edilərək əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O, eyni zamanda müraciətində qeyd etmişdir ki, namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülsə də, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarında namizədliyinin Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürüldüyü göstərilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədin müraciətində göstərdiyi əlaqə telefonu ilə onunla əlaqə saxlanılmasına cəhd edilsə də, telefon bağlı olduğundan bu mümkün olmamışdır.

Araşdırma ilə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasından təqdim edilmiş yanlışlığın düzəldilməsinə dair 8 oktyabr 2015-ci il tarixli 18/3 saylı qərardan müəyyən edilir ki, Klassik Xalq Cəbhəsi Partiyasının da daxil olduğu “Azadlıq-2015” siyasi partiyalar blokundan namizədliyi irəli sürülmüş N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtina edilməsinə dair dairə seçki komissiyasının 17/2.2 saylı qərarında onun namizədliyinin Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülməsinə dair yanlışlıq aradan qaldırılmışdır. Həmin qərarın surəti maraqlı şəxsə çatdırılmışdır.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 11 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, N.M.Ələkbərovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 10 imza vərəqəsində olan 497 seçici imzasından 113-ü etibarsız hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası hazırda mübahisələndirilən qərarın tərtib edilməsi ilə bağlı müəyyən qüsurlara yol versə də, qeyd edilən əsaslarla deputatlığa namizəd N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli, N.M.Ələkbərovun namizəd kimi qeydə alınmasından imtinaya dair 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Ələkbərov Nizami Məhərrəm oğlunun 10 oktyabr 2015-ci il tarixli 76 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

11.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video