Alternative content

15:17 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 78 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 78 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
03:10 13.10.2015

 

Qərar № 32/240

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Seyidov Kamil Rzaqulu oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə özünün pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd K.R.Seyidov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin dairənin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası K.R.Seyidovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrindəki etibarlı imzaların sayı onun qeydə alınması üçün yetərli olmamışdır.

Araşdırma prosesində müraciət etmiş şəxslə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 11 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, K.R.Seyidov namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 550 seçici imzasından 423-ü etibarlıdır.

Bununla da namizədin qeydə alınması üçün lazım olan etibarlı seçici imzalarının sayı yetərli olmadığından namizədin qeydə alınması üçün əsaslar yaranmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində azı 450 seçici imzası  toplanılmalıdır.

Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, K.R.Seyidovun namizəd kimi qeydə alınması üçün təqdim olunmuş etibarlı imzaların sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan az olduğuna görə həmin Məcəllənin  59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının K.R.Seyidovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 oktyabr 2015-ci il tarixli 26/69 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Seyidov Kamil Rzaqulu oğlunun 10 oktyabr 2015-ci il tarixli 78 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 26/69 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

11.10.2015