13 Oktyabr 2015 03:10
386
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 74 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 32/242

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlu namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.1 saylı qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

M.A.Salayev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzaları toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Dairə seçki komissiyası namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş M.A.Salayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyası namizədliyinin qeydə alınması məsələsinə baxılan şəxsi müəyyənləşdirərkən və qərar qəbul edərkən mahiyyət üzrə yanlışlığa yol vermişdir. Bu isə müraciətin qismən təmin edilməsinə, mübahisələndirilən qərarın ləğv edilməsinə və M.A.Salayevin namizəd kimi qeydə alınıb-alınmaması məsələsinə qərarı qəbul etmiş dairə seçki komissiyası tərəfindən yenidən baxılmasına əsas yaradır.

Seçki Məcəlləsinin 112.9.-cu maddəsinə

görə, yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Qeyd olunanlara əsasən 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlunun müraciəti qismən təmin edilməli, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.1 saylı qərarı ləğv edilməli və seçkiqabağı təşviqat mərhələsinin artıq başlaması nəzərə alınaraq, M.A.Salayevin namizəd kimi qeydə alınıb-alınmaması məsələsinə mümkün qədər qısa müddət ərzində yenidən baxılması həmin seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlunun 9 oktyabr 2015-ci il tarixli 74 saylı müraciəti qismən təmin edilsin və həmin dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 17/2.1 saylı qərarı ləğv edilsin.

2. Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlunun namizəd kimi qeydə alınıb-alınmaması məsələsinə mümkün qədər qısa müddət ərzində yenidən baxılması 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

11.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video