Alternative content

07:50 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 51 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 51 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:10 10.10.2015

 

Qərar № 30/215

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əkbərli İltizam Nizam oğlu 7 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd İ.N.Əkbərli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazidə seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, həmin imzalardan 534-ü etibarlı hesab edilsə də, əmlak barəsində təqdim etdiyi məlumatda guya özünə məxsus digər torpaq sahəsini göstərmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

İ.N.Əkbərlinin namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 24/63 saylı qərarında imtinanın əsası kimi mülkiyyəti barədə seçki sənədlərinə düzgün məlumat daxil etmədiyi göstərilməklə Seçki Məcəlləsinin 60.1-ci və 60.2.3-cü maddələrinə istinad edilmişdir. Həmin qərarın qəbul edilməsi üçün əsas namizədin əmlak barəsində təqdim etdiyi məlumatda 0,06 ha həyətyanı torpaq sahəsinin göstərilməməsi olmuşdur.

Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. O, şikayətini müdafiə etdiyini, üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirərək Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iclasa dəvət edilməsini xahiş etmişdir. Səlahiyyətli nümayəndənin iclasda iştirakı təmin edilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların yoxlanılmasına dair 8 oktyabr 2015-ci il tarixli rəyində göstərilir ki, İmişli bələdiyyəsinin 2 oktyabr 2015-ci il tarixli məktubunda İ.N.Əkbərliyə məxsus olduğu göstərilən 0,06 ha ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. Bununla da namizədin əmlak barəsində təqdim etdiyi məlumatlarnın düzgün olduğu müəyyən edilmişdir.

Namizədin müdafiəsi üçün təqdim edilmiş seçici imzalarının dairə seçki komissiyasında yoxlanılması nəticəsində müəyyən edilmiş etibarlı seçici imzaları namizədin qeydə alınması üçün kifayət etdiyindən və seçici imzaları mübahisə predmeti olmadığından, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən seçici imzalarının yoxlanılmasına zərurət qalmamışdır.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, namizədin qeydə alınmasından imtinaya dair 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 24/63 saylı qərarı ləğv edilməli, İ.N.Əkbərli həmin dairədən deputatlığa namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əkbərli İltizam Nizam oğlunun 7 oktyabr 2015-ci il tarixli 51 saylı müraciəti təmin edilsin, dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 24/63 saylı qərarı ləğv edilsin.

2. 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əkbərli İltizam Nizam oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

09.10.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM