Alternative content

15:06 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 49 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 49 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:10 10.10.2015

 

Qərar № 30/217

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Mübariz Şəmsəddin oğlu namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

M.Ş.Rəhimli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Dairə seçki komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş M.Ş.Rəhimlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 8 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, M.Ş.Rəhimlinin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan 550 imzadan 425-i etibarlıdır.

Bununla da namizədin qeydə alınması üçün lazım olan etibarlı seçici imzalarının sayı yetərli olmadığından, namizədin qeydə alınması üçün əsaslar yaranmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Həmin Məcəllənin 60.2.4-cü maddəsinin tələbinə görə isə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Beləliklə, müəyyən edilmişdir ki, M.Ş.Rəhimlinin namizəd kimi qeydə alınması üçün təqdim olunmuş etibarlı imzaların sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan az olduğuna görə, həmin Məcəllənin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının M.Ş.Rəhimlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 5 oktyabr 2015-ci il tarixli 30/67 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59.7.4-cü, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Mübariz Şəmsəddin oğlunun 7 oktyabr 2015-ci il tarixli 49 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 30/67 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

09.10.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM