09 Oktyabr 2015 04:10
394
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 39 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 29/202

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Məhəmməd Məmi oğlu namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə özünün pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

M.M.Həsənov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş M.M.Həsənov tərəfindən təqdim edilmiş seçici imzaları onun namizəd kimi qeydə alınması üçün yetərli olmamış və namizəd öz gəlirləri barədə seçki sənədlərinə düzgün məlumat daxil etməmişdir.

Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun tərtib etdiyi protokol və rəylərdən görünür ki, təqdim edilmiş 550 seçici imzasından 113-ü etibarsızdır. Beləliklə, namizədin qeydə alınması üçün lazım olan etibarlı seçici imzalarının sayı yetərli olmadığından namizədin qeydə alınması üçün əsaslar yaranmamışdır.

Eyni zamanda M.M.Həsənov dairə seçki komissiyasına namizədin qeydə alınması üçün imza vərəqələri ilə birgə təqdim etdiyi gəlirlərinin miqdarı və mənbələri haqqında məlumatlar əks olunmuş müvafiq sənədi düzgün rəsmiləşdirməmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində azı 450 seçici imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, M.M.Həsənovun namizəd kimi qeydə alınması üçün təqdim olunmuş etibarlı imzaların sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan az olduğuna görə həmin məcəllənin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının M.M.Həsənovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 5 oktyabr 2015-ci il tarixli 13/26 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59.7.4-cü, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Məhəmməd Məmi oğlunun 6 oktyabr 2015-ci il tarixli 39 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 13/26 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

08.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video