Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 42 saylı və 7 oktyabr 2015-ci il tarixli 55 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 42 saylı və 7 oktyabr 2015-ci il tarixli 55 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
04:10 09.10.2015

 

Qərar № 29/204

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Səmədov Pərviz Həbib oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Həmin seçki dairəsindən qeydə alınmış namizəd Məmmədova Gülnarə Balaxan qızı da 7 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd Səmədov Pərviz Həbib oğlunun namizədliyinin müdafiəsi üçün təqdim olunmuş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması prosesində pozuntulara yol verildiyini iddia edərək həmin sənədlərin ətraflı yoxlanılmasını xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, bir icraatda birləşdirilərək araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd P.H.Səmədov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Namizəd P.H.Səmədovla araşdırma ilə bağlı əlaqə saxlanılmasına cəhd göstərilsə də bu mümkün olmamışdır.
Qeydə alınmış namizəd G.B.Məmmədova ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, o, ərizəsini müdafiə etdiyini və üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.
Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş P.H.Səmədovun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il qərarında imtinanın əsası kimi Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinə istinad edilmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası müəyyən edilmiş bütün halları və əsasları öz qərarında dəqiqliklə əks etdirməsə də, göstərilən əsaslarla P.H.Səmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 8 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, P.H.Səmədovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 11 imza vərəqəsində olan 550 seçici imzasından 122-si etibarsız hesab edilmişdir. Yerdə qalan etibarlı imzaların sayı namizədin qedə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Göstərilənlərə əsasən qeydə alınmış namizəd G.B.Məmmədovanın müraciəti təmin edilməli, deputatlığa namizəd P.H.Səmədovun müraciəti əsassız olduğundan təmin edilməməli, onun namizəd kimi qeydə alınmasından imtinaya dair 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 27/61 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Səmədov Pərviz Həbib oğlunun 6 oktyabr 2015-ci il tarixli 42 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 4 oktyabr 2015-ci il tarixli 27/61 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədova Gülnarə Balaxan qızının 7 oktyabr 2015-ci il tarixli 55 saylı müraciəti təmin edilmiş hesab olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

08.10.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM