Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:17 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
04:10 09.10.2015

Qərar № 29/207

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 77 saylı Astara seçki dairəsi üzrə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Ərizəçi müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası N.X.Hacızadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Namizəd N.X.Hacızadə ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını bildirmişdir.

Araşdırma prosesində namizəd tərəfindən təqdim edilmiş və dairə seçki komissiyasının mübahisələndirdiyi 152 seçici imzasından 100-nün Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə toplandığı əsas götürülərək həmin imzaların etibarsız hesab olunduğu müəyyən edilmişdir.

Sözügedən 100 seçici imzasının Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə toplanması iddiası isə araşdırma zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, digər 52 imza Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra onlardan 30-nun Seçki Məcəlləsinin tələblərinə uyğun toplanıldığı müəyyən edilmişdir.

Beləliklə, namizəd tərəfindən təqdim edilən seçici imzalarından 478-i etibarlı hesab edilir ki, bu da namizədin qeydə alınması üçün kifayətdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd olunanlara əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının N.X.Hacızadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 30 sentyabr 2015-ci il tarixli 16/56 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2- ci, 28.4-cü, 56-cı, 59-cu, 60-cı, 112-ci,   112-1-ci, 147.1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlunun 6 oktyabr 2015-ci il tarixli 35 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 30 sentyabr 2015-ci il tarixli 16/56 saylı qərarı ləğv edilsin.

2. 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Novruz Xudadat oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

08.10.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM