11 Mart 2012 02:03
813
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Ailə başçısını itirməyə görə pensiya alırıq. Oğlum universitetin əyani şöbəsinin bakalavr pilləsində oxuduğu müddətdə də pensiya almışdır. Hazırda o, magistraturada təhsil alır. Onun 23 yaşı tamam olanda da təhsil müddətində pensiya almaq hüququ varmı? 

 

Fəridə SULTANLI,

Bakı şəhəri

 

- Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan), təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin göstərilən şəxslər bu hüquqa 23 yaşına çatanadək malikdirlər. Çünki "Əmək pensiyaları haqqında" qanunun 14.1.1.3-cü maddəsinin mətnində sözügedən şəxslərin bu hüquqa 23 yaşına çatanadək malik olmasına dair şərt vardır. Beləliklə, oğlunuzun universitetin əyani şöbəsinin magistratura pilləsində təhsilini davam etdirməsi ona, əgər 23 yaşı tamam olmuşsa, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vermir.

 

Əmək müqaviləmə xitam verilərkən istifadə etmədiyim iki iş ilinin əsas məzuniyyətinə görə mənə pul şəklində kompensasiya ödənildi. Mənim on beş ildən artıq əmək stajım olduğundan əlavə məzuniyyət hüququm da var. Amma bu əlavə məzuniyyət günlərinə görə mənə pul verilmədi. Bu, qanunidirmi?

 

Şamil DADAŞOV,

Şamaxı rayonu

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin II hissəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Adıçəkilən məcəllənin 144-cü maddəsinin III hissəsinə görə, əmək münasibətlərinə xitam verilərkən bu məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Həmin məcəllənin 116-cı maddəsinin I hissəsinə görə, işçilərə on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Odur ki, pul əvəzinin ödənilməsi işçinin işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə şamil edilir. Bu baxımdan sizə əmək stajına görə əlavə məzuniyyətdən istifadə etmədiyiniz üçün pul əvəzinin verilməməsi yuxarıda adıçəkilən məcəllənin 144-cü maddəsinin III hissəsinə uyğun olmuşdur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video