08 Oktyabr 2015 01:10
402
MSK
A- A+

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 32 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 28/196

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Yasin Əhməd oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş Əhmədli Dünyamin Əhməd oğlunun imza vərəqələrinə və seçki sənədlərinə baxılmamış saxlanılmasına dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə müraciətində göstərmişdir ki, Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş D.Ə.Əhmədlinin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər seçki sənədləri 2015-ci il oktyabrın 2-si saat 9.00-da dairə seçki komissiyasına təqdim edilmiş, bu barədə ona arayış verilmiş, lakin dairə seçki komissiyası 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ilə müddətin üzürsüz səbəbdən ötürülməsini əsas gətirərək  təqdim edilmiş sənədləri əsassız olaraq baxılmamış saxlamışdır.

Dairə seçki komissiyası müvafiq qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi imza vərəqələrini və digər seçki sənədlərini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə təqdim etdiyindən həmin sənədləri baxılmamış saxlamışdır.

Araşdırma prosesində müəyyən edilmişdir ki, səlahiyyətli nümayəndə Y.Ə.Əhmədov  imza vərəqələrini və digər seçki sənədlərini 2015-ci il oktyabrın 2-də dairə seçki komissiyasına təqdim etmiş, bu barədə ona müvafiq arayış verilmiş, lakin arayışda sənədlərin qəbul edilməsi vaxtı (saatı) göstərilməmişdir. Bu hal mübahisə predmeti olduğundan deputatlığa namizədin xeyrinə həll edilməlidir.

Belə olan halda imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmiş hesab edildiyindən müraciət əsaslı hesab edilərək təmin edilməli, dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ləğv edilməli və deputatlığa namizəd D.Ə.Əhmədlinin namizəd kimi qeydə alınması üçün təqdim edilmiş sənədlərin mümkün qədər qısa müddət ərzində  araşdırılması vəzifəsi dairə seçki komissiyasına həvalə edilməlidir.

Seçki Məcəlləsinin 112.9-cu maddəsinə əsasən, yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112.1-ci, 112.9-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara  alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndəsi Əhmədov Yasin Əhməd oğlunun 5 oktyabr 2015-ci il tarixli 32 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 20/67 saylı qərarı ləğv edilsin.

2. Deputatlığa namizəd Əhmədli Dünyamin Əhməd oğlunun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədlərinin mümkün qədər qısa müddət ərzində araşdırılması vəzifəsi həmin seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

07.10.2015

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video