Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:10 08.10.2015

 

Qərar № 28/197

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairə seçki komissiyasına namizəd kimi qeydə alınması üçün təqdim etdiyi seçki sənədlərinə əsassız olaraq baxılmadığını bildirmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Ş.İbrahimov müraciətində qeyd etmişdir ki, namizədliyinin qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına müəyyən edilmiş müddətdə vermiş, lakin həmin komissiya əsassız olaraq təqdim edilmiş sənədlərin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd A.Ş.İbrahimov imza vərəqələrini və ona əlavə olunmuş digər seçki sənədlərini dairə seçki komissiyasına 2015-ci il oktyabrın 2-si saat 18:34-də təqdim etmiş və o, bu barədə müvafiq arayışa imza etmişdir.

Araşdırma prosesində müəyyən olunmuşdur ki, namizədin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədləri həqiqətən müvafiq dairə seçki komissiyasına seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də onun sənədləri baxılmamış saxlanılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü bəndinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini Seçki Məcəlləsində qeyd edilən müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır.

8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyası namizəd A.Ş.İbrahimovun namizəd kimi qeydə alınması üçün təqdim edilmiş müvafiq sənədlərlə əlaqədar düzgün nəticəyə gəldiyindən, müvafiq dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə əsasən qərara  alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Ağasif Şakir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 24/1 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

07.10.2015