Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:40 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 33 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 oktyabr 2015-ci il tarixli 33 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:10 08.10.2015

 

Qərar № 28/199

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Cəmil Malik oğlu 5 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş və müvafiq qərar qəbul etmək yolu ilə pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd C.M.Hacızadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlərini 2 oktyabr 2015-ci il tarixdə saat 17:38-də dairə seçki komissiyasına təqdim etməyə cəhd etsə də, dairə seçki komissiyası onun sənədlərini qəbul etməmiş, sonradan isə sənədlərin son qəbuletmə vaxtının ötürüldüyü bildirilərək sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, C.M.Hacızadə Milli Məclisə seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürməsi haqqında Bildirişlə 23 sentyabr    2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının 27 sentyabr 2015-ci il tarixli 19/2 saylı qərarı ilə namizədliyi təsdiq edilmiş, 1 oktyabr 2015-ci ildə namizədliyin müdafiəsi məqsədilə seçici imzalarının toplanılması üçün imza vərəqələri verilmişdir. 2 oktyabr 2015-ci ildə saat 15:55-də onun müraciəti əsasında daha bir imza vərəqəsi verilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından təqdim edilmiş 2 oktyabr   2015-ci il tarixli akt və 6 oktyabr 2015-ci il tarixli məktubdan görünür ki, deputatlığa namizəd C.M.Hacızadə imza vərəqələrini və ona əlavə edilmiş sənədləri dairə seçki komissiyasına təqdim etmək üçün 2 oktyabr 2015-ci ildə, saat 18:00-dan sonra müraciət etmişdir. Ona Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbləri izah edildikdən sonra o, müvafiq seçki sənədlərini dairə seçki komissiyasına verməkdən imtina etmişdir.

Seçki Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir.

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyin qeydə alınması üçün sənədlərin son təqdimetmə vaxtı 2 oktyabr 2015-ci il saat 18:00-da başa çatır.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü maddəsində göstərilir ki, dairə seçki komissiyaları imza vərəqələrini Azərbaycan Respublikasının Seçki Məcəlləsində qeyd olunan müddətdə saat 9:00-dan 18:00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır.

Göstərilənlərə əsasən deputatlığa namizəd C.M.Hacızadənin dairə seçki komissiyasının hərəkətsizliyinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən   qərara  alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hacızadə Cəmil Malik oğlunun 5 oktyabr 2015-ci il tarixli 33 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

07.10.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM