Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 296
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 296
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:10 04.10.2015

 

№ 296                                    Bakı şəhəri, 8 sentyabr 2015-ci il

 

“Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında

 

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №11, maddə 1173; 2012, №10, maddə 1022; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 iyun tarixli 239 nömrəli qərarı) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 sentyabr

tarixli 296 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının ərazi sularında üzmə

 

QAYDALARI

 

  1. 1.    Ümumi müddəalar

 

1.1.  Bu Qaydalar “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il  11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 5.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində (bundan sonra - Azərbaycan Respublikasının ərazi suları) üzmə qaydalarını müəyyən edir.

1.2.  Bu Qaydalar gəmilərin Azərbaycan Respublikasının ərazi sularına, həmçinin dəniz limanlarına giriş-çıxışı zamanı, habelə dəniz limanlarında gəmilərin, sərnişinlərin, yüklərin, liman hidrotexniki qurğularının və dəniz ətraf mühitinin mühafizəsi üzrə tədbirlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra– Administrasiya), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Fövqəladə Hallar Nazirliyi), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (bundan sonra – Hərbi Dəniz Qüvvələri), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (bundan sonra – Sahil Mühafizəsi), gömrük orqanları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra – Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi) və liman idarələri arasında qarşılıqlı əlaqələri tənzimləyir. 

1.3.   Bu Qaydalar Azərbaycan Respublikasının ərazi sularında, dəniz limanının akvatoriyalarında və tərsanələrdə gəmilərin hərəkətinə və dayanmasına (Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri istisna olmaqla), eyni zamanda, gəmilərin limanlara giriş-çıxışına dair ümumi tələbləri özündə əks etdirir və bütün gəmilərə və gəmi heyəti üzvlərinə, liman ərazisində və akvatoriyasında fəaliyyət göstərən, habelə üzən vasitələrin istismarı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir.

1.4.   Bu Qaydaların məqsədi  dəniz üzgüçülüyünün,  kommunikasiya xətlərinin və boru kəmərlərinin təhlükəsizliyini,  liman infrastruktur obyektlərinin və liman hidrotexniki qurğularının, həmçinin digər avadanlığın və  ətraf mühitin mühafizəsini, dənizin canlı resurslarının qorunub saxlanılmasını, dəniz elmi tədqiqatlarının və hidroqrafik çəkilişlərin həyata keçirilməsini təmin etməkdən, eləcə də  gömrük, sərhəd, miqrasiya, gəmilərdə sanitar-epidemioloji və sanitariya nəzarəti sahəsində Azərbaycan Respublikasının və sahilyanı dövlətlərin qanunlarının pozulmasının,  ətraf mühitin çirkləndirilməsinin və insan həyatı və sağlamlığı üçün təhlükələrin qarşısının alınmasından ibarətdir.

1.5.   Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi (kiçikhəcmli gəmilər istisna olmaqla) bu Qaydaların tələblərinə uyğun olaraq, Administrasiya tərəfindən tabeliyindəki qurum  vasitəsilə həyata keçirilir.

 

  1. 2.                  Əsas anlayışlar

 

2.1.       Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. gəmi – özühərəkətedən və özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu;

2.1.2. özühərəkətedən gəmi – yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınmasını və gəmilərin və ya digər üzən obyektlərin yedəyə alınmasını həyata keçirən gəmi;

2.1.3. özühərəkətetməyən gəmi - hərəkətəgətiricilərlə (pərlər, mühərrik) təchiz edilməyən və yedəkləmə vasitəsilə mövqeyini dəyişən gəmi;

2.1.4. sürətli gəmi – sürəti 30 km/saat və daha artıq olan gəmi;

2.1.5. kiçikhəcmli gəmi – ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kilovatdan az olan bütün növ balıqçı, gəzinti və idman gəmiləri (tankerlər, sərnişin, bərə, ro-ro, quru yük, avtomobildaşıyan, hərbi, yardımçı hərbi, yedək, dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar edilən gəmilər istisna olmaqla), habelə  asma mühərrikinin sayından və gücündən asılı olmayaraq, asma mühərriklə hərəkət edən bütün növ gəmilər ; 

2.1.6. yelkənli gəmi – yelkən vasitəsilə hərəkət edən gəmi;

2.1.7. yedəyə alınan tərkib – burazla yedəyə alınan gəmilərin və salların tərkib hissəsi olan gəmi;

2.1.8. hərəkətdə olan gəmi – lövbərdə dayanmayan, saya oturmayan, sahilə, körpüyə, üzən qurğuya və ya digər gəmiyə yanalmayan gəmi;

2.1.9. hərəkətdə olmayan gəmi – lövbərdə dayanan, saya oturan, sahilə, körpüyə, üzən qurğuya və ya digər gəmiyə yan alan gəmi;

2.1.10.  balıq ovu ilə məşğul olan gəmi – tor, tral və onun manevr qabiliyyətini məhdudlaşdıran digər növ ov vasitələri ilə balıq ovlayan gəmi;

2.1.11.  leyer çəpəri - gəmidən insanların suya və ya yük yerlərinə düşməsinin qarşısını almaq məqsədi ilə gəmi konstruksiyasına (üst tikiliyə, dayaq və ya dor ağacına) hər iki tərəfdən kip bərkidilmiş,  stasionar və ya çıxarıla bilən tros (çəpər);

2.1.12.  dor ağacı– tarım çəkilmış vasitələrlə dayanıqlığı saxlanılan şaquli gəmi konstruksiya;

2.1.13.  fok-dor – iki və daha çox dor ağacı olan gəmidə onun burun hissəsindəki  birinci dor ağacı;

2.1.14.  nok- bayraqların və  naviqasiya işarələrinin qaldırılması üçün  dor  ağaclarına çarpaz (perpendikulyar) bərkidilmiş  ştoklar.

2.2.       Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda  və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulmuş mənaları ifadə edir.

 

  1. 3.                  Azərbaycan Respublikasının ərazi sularında üzmənin ümumi şərtləri

 

3.1.       Gəminin mülkiyyət formasından və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilər tərəfindən bu Qaydaların tələblərinin yerinə yetirilməsi məcburidir.

3.2.       Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyalarında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkəti  “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a uyğun olaraq Hərəkətin Bölünmə Sistemindən (bundan sonra – HBS) istifadə etməklə, Administrasiya tərəfindən tabeliyindəki qurum vasitəsilə tənzimlənir.

3.3.        Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilər HBS-dən istifadə etmədikdə,  onlar yalnız tövsiyə olunan dəniz yollarından istifadə etməlidirlər.

3.4.       Xarici dövlətin bayrağı altında üzən gəminin (hərbi gəmi istisna olmaqla) Azərbaycan Respublikasının ərazi sularında, o cümlədən liman akvatoriyasında iki məntəqə arasında müəyyən müddətə istismarına Sahil Mühafizəsi ilə razılaşdırılmaqla, Administrasiyanın icazəsi olduqda yol verilir.

3.5.       Hər bir gəmi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulmuş sənədlərə malik olmalı,  “Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə cavab verən diploma malik mütəxəssis tərəfindən idarə edilməli və həmin Konvensiyanın tələblərinə uyğun olaraq ixtisaslaşmış heyət üzvləri ilə komplektləşdirilməlidir.

3.6.       Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə gəmi kapitanı, gəmi kapitanının baş köməkçisi, baş mexanik və radiomütəxəssis yalnız Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

3.7.       Gəminin dənizə çıxışı zamanı gəminin heyət üzvlərinin sayı  Administrasiya tərəfindən təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də göstərilmiş saydan az olduqda, gəminin dənizə çıxışına yol verilmir.

3.8.       Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə heyət üzvlərinin hüquq və vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində Xidmət Nizamnaməsi” ilə tənzimlənir.

3.9.       Gəmi kapitanı gəmidə mövcud qaydalara riayət olunmasına cavabdehdir.

3.10.   Gəmidə olan bütün şəxslər gəmi kapitanının göstərişlərini yerinə yetirməli və gəmidə mövcud olan nizam-intizam qaydalarına riayət etməlidirlər.

3.11.   Yedəyə alınan gəmi yedəkçi gəminin göstərişlərini yerinə yetirməli və gəminin idarə edilməsi üçün tələb olunan vəziyyətə uyğun tədbirlər həyata keçirməlidir.

3.12.   Gəmi yüklənərkən onun gövdəsinin möhkəmliyinə və davamlılığına xələl gəlməsinə və yük nişanının suya batmasına yol verilmir.

3.13.   Gəmilərdə gəmi sənədlərində göstərilmiş saydan artıq sərnişin daşınması qadağandır.

3.14.   İnsan həyatı və sağlamlığı üçün təhlükənin, üzən və hidrotexniki qurğuların, naviqasiya qurğularının, nişanların (işarələrin)  və digər gəmilərin zədələnmə təhlükəsinin,  habelə gəmi sürücülüyü üçün maneələrin yaranması  və ətraf mühitin çirklənməsi təhlükəsinin qarşısını almaq məqsədi ilə gəmi kapitanı qabaqlayıcı tədbirlərin görülməsini təmin etməlidir.

3.15.   Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin qeydiyyata alınması (kiçikhəcmli gəmilər istisna olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3.16.   Azərbaycan Respublikasının ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarəti, habelə belə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarət Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra – Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi) tərəfindən həyata keçirilir.

3.17.   Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi kiçikhəcmli gəmiləri limanlarda, bazalarda, qurğularda, yanalma körpülərində və ya digər yanalma məntəqələrində qeydiyyata alır və onlar üçün ayrılmış dayanacaq yerlərində onların mühafizəsini təmin edir.

3.18.   Kiçikhəcmli gəmilər üçün dayanacaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq ayrılmış və Administrasiya, Sahil Mühafizəsi, Səhiyyə Nazirliyi və gömrük orqanları ilə razılaşdırılmaqla, Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi yerlərdə yaradılır.

3.19.   Kiçikhəcmli gəmilər sahibləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özühərəkətedən və özühərəkətetməyən gəmilərin saxlanılması Qaydaları”nauyğun olaraq Sahil Mühafizəsində də qeydiyyatdan  keçirilir və onların qeydiyyat sənədlərinə bu barədə ştamp vurulur.

3.20.   Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin Dövlət Gəmi Reyestrində qeydəalınma siyahısı Administrasiya tərəfindən, kiçikhəcmli gəmilərin Dövlət Gəmi Kitabında qeydəalınma siyahısı isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır və hər il dekabrın 31-dək Sahil Mühafizəsinə, Hərbi Dəniz Qüvvələrinin Qərargahına və gömrük orqanlarına təqdim edilir.

3.21.   Gəmi kapitanı bu Qaydaların 1.2-ci bəndində göstərilən orqanların Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərdən öz funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar tələb etdikləri sənədləri onlara  təqdim etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalı və onlara lazımi kömək etməlidir.

3.22.   Bu Qaydaların 1.2-ci bəndində göstərilən orqanların səlahiyyətli şəxsləri tərəfindən gəmi kapitanından səlahiyyətlərinə aid olmayan sənədlərin tələb edilməsi qadağandır. 

3.23.   Gəmi kapitanı naviqasiya vasitələrində olan çatışmazlıqlar haqqında dərhal liman kapitanına və Administrasiyanın tabeliyində olan quruma məlumat verməlidir.

3.24.   Gəmi qəzaya uğradıqda gəmi kapitanı Administrasiyanı bu barədə dərhal məlumatlandırır və Administrasiyadan razılıq aldıqdan sonra gəmini qəza hadisəsinin baş verdiyi yerdən uzaqlaşdırır. Administrasiya ilə rabitə əlaqəsi yaratmaq mümkün olmadıqda, gəmi kapitanı Administrasiyanın razılığı olmadan gəminin qəza yerindən uzaqlaşdırılması, baş vermiş qəza hadisəsinin sənədləşdirilməsi üçün müvafiq tədbirlər görməli və gəmini yaxınlıqdakı limana çatdırmalıdır.

3.25.   Qəzaya uğramış gəminin yaxınlığında olan gəminin kapitanı öz gəmisinin təhlükəsizliyini qorumaq şərtilə dərhal həmin gəmiyə köməklik göstərməlidir.

3.26.   Gəmilərdə sanitar-epidemioloji nəzarəti xarici dövlətin ərazisindən gələn gəminin limana daxil olması və limandan xarici dövlətin ərazisinə çıxışı zamanı gömrük orqanları, digər hallarda isə Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir.

 

  1. 4.                  Ərazi sularında dəniz üzgüçülüyünün xüsusiyyətləri

 

4.1.       Gəmi liman akvatoriyasında və onların girəcəklərində üzərkən gəmi kapitanı müəyyən olunmuş hərəkət yolları üzrə üzməsini təmin etməli, hərbi və dəniz dibini dərinləşdirən gəmidən yankeçmə xüsusiyyətlərini nəzərə almalı, gəmilərin fərqlənmə siqnallarını bilməli, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu, Sahil Mühafizəsi və Administrasiyanın tabeliyində olan qurumun fəaliyyəti barədə məlumatlı  olmalıdır.

4.2.       Azərbaycan Respublikasının ərazi sularında gəmilər Hərbi Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya Xidməti tərəfindən verilən “Dənizçilər üçün bildirişlər”də və müvafiq təlimatlarda tövsiyə olunmuş yollar və kurslar üzrə hərəkət etməlidir. Gəmi kapitanı göstərilmiş marşrutlardan kənarlaşdıqda, bunun səbəbləri barədə Administrasiyanın tabeliyində olan qurumun gəmilərin hərəkətini idarə edən operatora (bundan sonra - operator), liman kapitanına, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil Mühafizəsinə məlumat verməlidir.

4.3.       Bu Qaydaların 1.2-ci bəndində göstərilən orqanların öz funksiyalarını həyata keçirərkən, Azərbaycan Respublikasının ərazi sularında hərəkət edən gəmini dayandırmaq və yaxud onu təyin olunmuş yerə istiqamətləndirmək hüququ vardır.

4.4.       Bu Qaydaların 1.2-ci bəndində göstərilən orqanların göstərişləri Azərbaycan Respublikasının ərazi sularında üzən gəminin kapitanı üçün məcburidir.

4.5.       Gəmilərin hərəkətinin dayandırılması məqsədi ilə aşağıdakı siqnallardan istifadə edilir:

4.5.1. gündüz vaxtı - “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a uyğun olaraq  beynəlxalq siqnallar toplusuna əsasən “L” (Lima) bayrağı qaldırılır;

4.5.2. gecə vaxtı - şaquli xətt üzrə yerləşən (üst-üstə) iki yaşıl işıq yandırılır və ya gəmidən (sahil məntəqəsindən) iki yaşıl və bir ağ siqnal raketi havaya buraxılır.

4.6.       Ərazi sularında balıq tutulmasına və digər işlərin yerinə yetirilməsinə yalnız günün işıqlı vaxtı icazə verilir.

4.7.       Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin kapitanları gəminin giriş-çıxış vaxtı və koordinatları haqqında məlumatları operatora və Sahil Mühafizəsinə (xarici dövlətin ərazisindən gələn və xarici dövlətin ərazisinə yola düşən gəmilərin kapitanları həmçinin gömrük orqanlarına) yerli vaxtla saat 08:00-da, 15:00-da və 20:00-da bildirməlidirlər. Balıqçı gəmiləri öz koordinatları haqqında məlumatı operatora və Sahil Mühafizəsinə yerli vaxtla saat 15.00-da verməlidir.

4.8.       Gəmi kapitanları operator, Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin və ya gömrük orqanlarının dənizdəki növbətçi gəmilərindən alınmış çağırışa uyğun olaraq, olduqları gəminin vaxtında və düzgün tanınmasına cavabdehdirlər.

4.9.       Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən, öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının bayrağını fok-dor ağacının sağ nokunda qaldırmalıdır.

4.10.   Azərbaycan Respublikasının ərazi sularında gəminin üzməsi üçün hər hansı bir məhdudiyyət, yaxud onun hərəkətinin ardıcıllığına dair göstəriş və ya xüsusi siqnal olmadıqda, gəminin bu Qaydalara riayət etməklə, təyinat  məntəqəsinə hərəkət etmək hüququ vardır.

4.11.   Limana daxil olan və ya çayda axının əks istiqamətində hərəkət edən gəmi aşağıdakı gəmilərə yol verməlidir:

4.11.1.       axın istiqamətində hərəkət edən və ya limandan çıxan gəmilərə;

4.11.2.       idarə olunmayan və ya manevr imkanı məhdud olan və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”ın  27-ci hissəsinə uyğun olaraq işıq və işarələri qaldıran gəmilərə;

4.11.3.       gəminin suya oturumu nəticəsində hərəkəti məhdudlaşan və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”ın  28-ci hissəsinə uyğun olaraq işıq və işarələri qaldıran gəmilərə.

4.12.   Gəmilərin eyni vaxtda dar keçidlərdən, döngələrdən və ya xətdən-xəttə keçməsi mümkün olmadıqda və ya təhlükəli olduqda, yol verməli olan gəmi digər gəmidən təhlükəsiz məsafədə aralı duraraq, onun keçidinə imkan yaratmalıdır.

4.13.   Gəmi kapitanı dar keçidlərdə quraşdırma və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün gəminin sürətini azaltmalı və həmin gəmilərdən sərbəst keçid haqqında əvvəlcədən razılıq almalıdır, əks halda bu gəmilərdən sovuşmaya yol verilmir.

4.14.   Təhlükəli dalğanın yaranmasına yol verməmək üçün gəmi kapitanı aşağıdakı hallarda gəminin sürətini vaxtında azaltmalıdır:

4.14.1.       yedək karvanından və kiçikhəcmli gəmilərdən yan keçərkən;

4.14.2.       işlək vəziyyətdə olan üzən kranların, dokların, debarkaderlərin, körpülərin, körpüyə yan almış gəmilərin yaxınlığından keçərkən;

4.14.3.       lövbərə dayanmış və ya saya oturmuş gəminin yaxınlığından keçərkən;

4.14.4.       sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlər görülən yerlərdən keçərkən;

4.14.5.       dibdərinləşdirici işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən;

4.14.6.       körpüdə və ya lövbərdə dayanan gəmidə olan salların, pontonların və ya içərisində adam olan qayıqların yaxınlığından keçərkən.

4.15.   Liman akvatoriyasında gəmilərin bir-birini ötməsinə yalnız hidrometeoroloji  və gəminin manevr etməsi üçün şərait qənaətbəxş olduqda icazə verilir.

4.16.   Gəmilərin bir-birini ötməsi aşağıdakı hallarda qadağan edilir:

4.16.1.       farvater və kanallarda;

4.16.2.        limanların girişlərində;

4.16.3.       məhdud görünüş şəraitində;

4.16.4.       ikili ötüş zamanı;

4.16.5.       dibdərinləşdirici, sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən.

4.17.   Gəmilərin, aşağıdakı hallar istisna olmaqla, kanallarda lövbərə dayanması qadağandır:

4.17.1.       hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda;

4.17.2.       texniki nasazlıq nəticəsində gəmi dayandıqda;

4.17.3.       keçid digər gəmilər tərəfindən bağlandıqda.

4.18.   Kanalda lövbərə dayanmağa məcbur olan gəminin kapitanı dərhal operatora gəminin adı, lövbərdə dayanma koordinatları və səbəbi barədə məlumat verməlidir. Operator tərəfindən həmin məlumatlar dərhal Sahil Mühafizəsinin və Hərbi Dəniz Qüvvələrinin müvafiq növbətçi xidmətlərinə çatdırılmalıdır.

4.19.   Liman akvatoriyasında gəmilərin yedəyə alınması “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulmuş “Dəniz limanı üzrə məcburi qaydalar”a əsasən, yedəklənməyə rəhbərlik edən şəxs tərəfindən yedəyə alınan gəmilərin kapitanları ilə hərəkətlərin ardıcıllığı əvvəlcədən razılaşdırılmaqla həyata keçirilir. Gəmi bələdçinin iştirakı ilə yedəyə alındıqda, bələdçi həmin ardıcıllığın razılaşdırılmasında iştirak edir və yedəklənmə zamanı yaranan problemlər liman kapitanı tərəfindən həll olunur.

4.20.   Tərsanədən istismar-sınaq yoxlanışına çıxan gəminin hərəkətinin yedək gəmisinin müşayiəti ilə həyata keçirilməsi məcburidir.

4.21.   Gəmilərin yedəklənməsinə rəhbərlik edən şəxsin yedəyə alan gəmini yedək işlərindən azad etmək hüququ vardır.

4.22.   Yedək burazı ilə yedəyə alınan gəmi yedəyə alan gəmi üçün çevrilmə təhlükəsi yaratdıqda, burazın göstərişsiz kəsilməsinə yol verilir.

4.23.   Xarici dövlətin bayrağı altında üzən gəmilərin körpülərə yan- alması zamanı yedəkçi gəmilərdən istifadə edilməlidir.

4.24.   Gəmilərin naviqasiya avadanlığı vasitələrinə yanalması qadağandır.

4.25.   Gəmi agenti Azərbaycan Respublikasının limanlarına daxil olması və ya həmin  limanlardan çıxışı planlaşdırılan xarici dövlətin bayrağı altında üzən gəmi barədə məlumatları Administrasiyanın tabeliyində olan quruma təqdim etmədikdə, operator gəminin hərəkətinin dayandırılması barədə göstəriş vermək hüququna malikdir.

4.26.   Gəmi kapitanı gəminin saya oturması, lövbərin itirilməsi və ya dəniz üzgüçülüyünün təhlükəsizliyinə mane ola biləcək obyektlərin aşkar edilməsi ilə bağlı məlumatları dərhal operatora və Sahil Mühafizəsinə verməlidir.

4.27.   Qəza vəziyyətində olan gəminin yaxınlığında dayanan və ya yaxınlığından keçən gəminin kapitanı öz gəmisinin təhlükəsizliyini qorumaq şərtilə həmin gəmidəki insanların xilas edilməsinə kömək etməlidir.

4.28.   Radar və ultraqısa dalğalar (bundan sonra — UQD) radiostansiyası vasitəsilə təchiz olunmayan, habelə məhdud görmə şəraitində və gecə vaxtı bu cür avadanlığı nasaz olan gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkəti qadağandır.

4.29.   Azərbaycan Respublikasının ərazi sularında  üzən və ya stasionar qazma qurğularının təhlükəsizlik zonaları Administrasiya tərəfindən Hərbi Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya Xidməti və Sahil Mühafizəsi ilə razılaşdırılmaqla müəyyən edilir və bununla bağlı məlumatlar “Dənizçilər üçün Bildirişlər”də göstərilir.

4.30.   Üzən və ya stasionar qazma qurğularının təhlükəsizlik zonalarına (fövqəladə, qəza və axtarış-xilasetmə halları istisna olmaqla) yalnız bu qurğulara xidmət göstərən gəmilərin daxil olmaq hüququ vardır.

  1. 5.                  Gəmilərin hərəkətinin idarə olunması

 

5.1.       Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında üzən gəmilərin hərəkəti Administrasiyanın tabeliyində olan qurum tərəfindən idarə edilir.

5.2.        Administrasiyanın tabeliyində olan qurum dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə:

5.2.1. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirir;

5.2.2. Azərbaycan Respublikasının ərazi sularında, liman akvatoriyasında və limanın akvatoriyasının girəcəklərində gəmilərin hərəkətinin təhlükəsizliyinin təşkilinə, idarə olunması, habelə bu Qaydaların tələblərinə və üzmə rejiminə riayət olunmasını təmin edir;

5.2.3. gəmilərə naviqasiya, hidrometeoroloji, hidroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin edir;

5.2.4. radar  müşahidəsini və gəmilərin təhlükəsiz keçməsini təmin edir;

5.2.5. axtarış və xilasetmə əməliyyatlarında iştirak edir;

5.2.6. neft məhsullarının dağılmasının nəticələrinin aradan qaldırılmasında iştirak edir;

5.2.7. bu Qaydaların 1.2-ci bəndində göstərilən dövlət orqanlarına gəmilərin hərəkəti ilə bağlı məlumatları ötürür;

5.2.8. gəmilərin Azərbaycan Respublikasının ərazi sularına daxil olmasının aşkar edilməsi, gəmilərlə rabitə əlaqəsinin yaradılması, hər bir gəmi haqqında məlumatları toplayır;

5.2.9. gəmilərin hərəkətinin daimi müşahidəsini həyata keçirir ;

5.2.10.       gəmilər tərəfindən bu Qaydaların tələblərinə riayət edilməsini təmin edir;

5.2.11.       gəmilərin hərəkətinin idarə olunması, habelə gəmilər tərəfindən müəyyən edilmiş marşruta, sürətə və ara məsafəsinə riayət olunmasını təmin edir;

5.2.12.       lövbər dayanacaqlarında olan gəmilərin mövqeyini müəyyən edir və onların müşahidəsini təşkil edir;

5.2.13.       gəmiləri radar vasitəsilə müşayiət edir;

5.2.14.       qəza-xilasetmə, dibdərinləşdirmə, yedək əməliyyatları zamanı koordinasiyanı təşkil edir.

5.3.       Administrasiyanın tabeliyində olan qurum tərəfindən gəmilərə xidmət aşağıdakı ardıcıllıqla həyata keçirilir:

5.3.1.  qəzaya uğrayan və bortunda ağır xəstələr olan gəmilərə köməyə göndərilən gəmilər;

5.3.2. Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri;

5.3.3. gömrük orqanlarının və Fövqəladə Hallar Nazirliyinin gəmiləri;

5.3.4. bərə və sərnişin gəmiləri;

5.3.5. tez korlanan yükləri daşıyan gəmilər;

5.3.6. təhlükəli yükləri daşıyan gəmilər;

5.3.7. xətti üzmə marşrutuna malik olan gəmilər;

5.3.8. digər gəmilər.

5.4.       Radar müşayiətinin ardıcıllığı gəminin kapitanı və operator arasında müşayiət başlananadəkrazılaşdırılır. Radar müşayiəti zamanı gəmi operatora görüləcək tədbirlər haqqında məlumat verməlidir. Radar müşayiətinin başlanması və bitməsi operator  tərəfindən elan edilməli və gəmi tərəfindən təsdiqlənməlidir.

5.5.       HBS-də gəmilərin hərəkəti yalnız operatorun icazəsi ilə həyata keçirilir.

5.6.       Operatorun aşağıdakılar barədə göstərişlərinin yerinə yetirilməsi gəmilər üçün məcburidir:

5.6.1. hərəkətin ardıcıllığı;

5.6.2. hərəkətin istiqaməti və sürəti;

5.6.3. lövbər dayanacağının yeri;

5.6.4. təhlükənin qarşısının alınmasına dair tədbirlər.

5.7.       Gəmi bu Qaydaların 5.6-cı bəndində göstərilən tələblərə əməl edə bilmədikdə, bunun səbəbləri barədə operator məlumat verməlidir.

5.8.       Gəmilər ilə operator arasında rabitə əlaqələri Dəniz Səyyar Rabitə Xidmətinin və Dəniz Səyyar Peyk Xidmətinin qaydalarına uyğun olaraq, radiotelefon vasitəsilə həyata keçirilir.

5.9.       Gəmi kapitanı operator ilə ilk rabitə əlaqəsi yaratdıqda aşağıdakı məlumatları bildirməlidir:

5.9.1. gəminin adı, tipi, bayrağı, Beynəlxalq Dəniz Təşkilatının (BDT) nömrəsi, gəminin mövqeyi;

5.9.2. limana və ya HBS-yə yaxınlaşma vaxtı;

5.9.3. gəminin kursu və sürəti;

5.9.4. gəminin çıxış və təyinat limanının adı, ehtimal olunan gəlmə vaxtı;

5.9.5. gəminin əsas parametrləri;

5.9.6. gəmidəki heyət üzvlərinin və sərnişinlərin sayı;

5.9.7. yükün növü və miqdarı, təhlükəli yük olduğu təqdirdə, onun təsnifatı;

5.9.8. gəmidə olan radar qurğusu haqqında məlumat;

5.9.9. gəmidə olan hər hansı bir nasazlıq haqqında məlumat;

5.9.10.       gəmidə sanitar-epidemioloji vəziyyət haqqında məlumat.

5.10.   Gəmi kapitanı verilən məlumatın doğruluğuna görə cavabdehdir.

5.11.   Operator gəminin aşkar edilməsi üçün sorğu verdikdə,  gəmi kapitanı hər hansı bir oriyentirə uyğun öz yerini bildirməli və ya aşkaredici manevr etməlidir.

5.12.   Operator aşkar edilmiş gəmiyə limana və ya HBS-yə daxil olmağa icazə verir və ona hərəkət marşrutunu, habelə dayanacaq yerini və digər məlumatları çatdırır.

5.13.   Körpüdə və ya lövbərdə dayanan gəmi hərəkətə başlamazdan əvvəl operator, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun və Sahil Mühafizəsinin növbətçi xidməti ilə radio və ya telefon əlaqəsi yaratmalıdır.

5.14.   Hərəkətdə olan gəmilər operator ilə UQD radiostansiyası vasitəsilə daimi radiorabitə əlaqəsində olmalıdırlar.

5.15.   Gəmi körpüyə yan aldıqdan və ya lövbərə dayandıqdan sonra rabitə əlaqəsi üçün müəyyən olunmuş digər kanallara keçməlidir.

5.16.   İşlək radar qurğusuna malik və operatorun müşayiəti ilə hərəkət edən gəmilərin liman akvatoriyasında məhdud görünüş şəraitində üzməsi yalnız liman kapitanının icazəsi ilə həyata keçirilir.

5.17.    Liman akvatoriyasında məhdud görünüş şəraitində gəminin radar qurğusu  yararsız olduqda və operatorun müşayiəti ilə üzməni həyata keçirə bilmədikdə, gəmi (əgər suya oturumu imkan verirsə) kanaldan (farvaterdən) kənara çıxmalı və bu barədə operatora məlumat verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat”a və “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində Xidmət Nizamnaməsi”nə uyğun hərəkət etməlidir.

  1. 6.                  Gəmilərin identifikasiya vasitələri

 

6.1.  Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər öz adına və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq, çağırış siqnalına və tanınma (identifikasiya) nömrəsinə malik olmalıdırlar.

6.2.  Gəminin texniki təchizatından asılı olaraq, gəmiyə peyk rabitə stansiyasının identifikasiya nömrəsi və rəqəmlə seçici çağırış nömrəsi verilir.

6.3.  Gəmilərdə avtomatik identifikasiya sistemi (bundan sonra – AİS) quraşdırılmalıdır.

6.4.  Kiçikhəcmli gəmilər adını və nömrəsini, gəmi sahibinin adını və ünvanını özündə əks etdirən qeydiyyat sənədinə malik olmalıdırlar.

6.5.  Gəminin xilasetmə qayıqlarının bortunda onun ölçüləri, tutumu və gəminin adı yazılmalıdır.

6.6.  Gəmilər Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq aşağıdakılara riayət etməlidirlər:

6.6.1.   öz adını, qeydiyyat limanını və identifikasiya nömrəsini aydın görünən yerlərdə göstərməlidirlər;

6.6.2.  uzaq məsafədən tanınma və izləmə sisteminə qoşulmalıdırlar;

6.6.3.  qlobal dəniz fəlakəti zamanı əmniyyətli rabitə sisteminə malik olmalıdırlar.

 

  1. 7.                  Vizual siqnallardan istifadə

 

7.1.       Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərdəki vizual siqnallardan (işıq və nişanlar) istifadə zamanı aşağıdakılar qadağan olunur:

7.1.1.  “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”da göstərilən işıq və nişanlarla səhv salına biləcək digər işıq və nişanlardan istifadə;

7.1.2. dəniz üzgüçülüyünə təhlükə və maneə yarada biləcək, habelə  gəmilərdə naviqasiya işıqları və siqnallarının aşkar olunmasınıçətinləşdirən və ya onların görünüşünü pisləşdirənişıqlandırıcı qurğuların, projektorların, həmçinin şitlərin, bayraqların və digər əşyaların istifadəsi;

7.2.       Məhdud görmə şəraitində, həmçinin  gün batandan gün çıxanadək gəmilərdə vizual siqnallara (işıq və nişanlar) “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”da və “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi”ndə göstərilən tələblər tətbiq olunur.

 

  1. 8.                  Gəmilərin limana girişi və çıxışı

 

8.1.       Gəmilərin limana girişinə və limandan çıxışına və yaxud lövbərdə dayanmasına Sahil Mühafizəsi ilə razılaşdırmaqla liman kapitanı və operator icazə verir. Xarici dövlətin ərazisindən gələn gəminin limana daxil olmasına və xarici dövlətin ərazisinə yola düşən gəminin limandan çıxışına operator Sahil Mühafizəsi və gömrük orqanları ilə razılaşdırılmaqla icazə verir.

8.2.       Gəmi kapitanı təyinat limanına yaxınlaşma haqqında məlumatı aşağıda göstərilən ünvanlara çatdırmalıdır:

8.2.1.  xarici dövlətin ərazisindən gələn Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzəngəminin kapitanı – operatora, liman dispetçerinə, liman kapitanına, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil Mühafizəsinə və gömrük orqanlarına, gəmidəki yüklərin sahiblərinə;

8.2.2. xarici dövlətin bayrağı altında üzən gəminin kapitanı – müvafiq gəmi agentinə.

8.3.       Azərbaycan Respublikasının ərazisində yerləşən məntəqələr arasında üzən gəmilər təyinat limanına yaxınlaşma haqqında ilkin məlumatı 24 saat əvvəl, dəqiqləşdirilmiş məlumatı isə yaxınlaşmadan 4 saat əvvəl operatora və Sahil Mühafizəsinə təqdim edirlər (keçid vaxtı 24 saatdan az olan gəmi limandan çıxdıqdan sonra yaxınlaşma barədə məlumat 2 saat müddətində dəqiqləşdirilir).

8.4.       Xarici dövlətin bayrağı altında üzən gəminin kapitanı limana yaxınlaşma haqqında ilkin və dəqiqləşdirilmiş məlumatı bu Qaydaların 8.3-cü bəndində göstərilən müddətlərdə müvafiq gəmi agentinə göndərir.

8.5.       Gəmi agenti gəmidən alınmış bütün məlumatları bu Qaydaların 8.8-ci bəndində göstərilən qurumlara göndərir.

8.6.       Gəmi kapitanı səfərdə baş verən ləngimələr haqqında liman idarəsinə və operatora məlumat verməli və gəlmə vaxtını dəqiqləşdirməlidir.

8.7.       Gəmi kapitanı bələdçinin gəmiyə qəbul nöqtəsinə yaxınlaşmazdan 4 saat əvvəl gəminin burun və arxa hissədən suya oturum vəziyyətini qeyd edərək, gözlənilən yaxınlaşma haqqında məlumatın dəqiqləşdirilmiş vaxtı barədə xəbər verməlidir.

8.8.       Gəmi  hərəkətə başlamazdan (limandan çıxmazdan) və ya gəminin limana daxil olmasından 4 saat əvvəl gəmi kapitanı operatora, liman kapitanına və Sahil Mühafizəsinə aşağıdakılar barədə məlumatları verməlidir:

8.8.1. giriş (çıxış) vaxtı;

8.8.2. heyət və sərnişinlərin sayı;

8.8.3. nəzərdə tutulan hərəkət marşrutu;

8.8.4.  təyinat məntəqəsi.

8.9.       Gəmi kapitanı və ya gəmi sahibi təyinat limanına yaxınlaşma haqqında məlumatda aşağıdakıları bildirməlidir:

8.9.1. gəminin adını, bayrağını və sahibinin adını;

8.9.2. sonuncu giriş limanını;

8.9.3. gəminin tutumunu, maksimum uzunluğunu, enini və bortun hündürlüyünü;

8.9.4. gəminin burun və arxa hissədən suya oturumunu;

8.9.5. heyətin, sərnişinlərin sayını və vətəndaşlığını;

8.9.6. yükün adını və xüsusiyyətlərini;

8.9.7. yükalanın adını;

8.9.8. bunker və təchizata tələbatı;

8.9.9. texniki və təmir işlərinin görülməsinə tələbatı;

8.9.10.  ballastın (ballastın qəbul olunma vaxtı, yeri  və miqdarı barədə təsdiq olunmuş formada), lyalın (tərləmə və ya anbarların yuyulması zamanı və yaxud hər hansı bir səbəbdən anbarlarda yaranan suyun yığılması üçün xüsusi yer), təsərrüfat-fekal çirkab sularının və zibil konteynerlərinin təhvili üçün sifarişi;

8.9.11.  yedək xidməti üzrə tələbatı;

8.9.12.  bələdçi sifarişini;

8.9.13.  gəminin mühərrikində və avadanlığında mövcud olan nasazlıqları;

8.9.14.  “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq, mühafizə səviyyəsi haqqında məlumatı;

8.9.15.  digər liman xidmətlərinə tələbatı;

8.9.16.  gəmidə sanitar-epidemioloji vəziyyət haqqında məlumatı.

8.10.   Xarici dövlətin ərazisinə yola düşən gəmi hərəkətə başlamazdan (limandan çıxmazdan) və ya xarici dövlətin ərazisindən gələn gəminin limana daxil olmasından 4 saat əvvəl bu Qaydaların 8.9-cu bəndində göstərilən məlumatlar gəmi kapitanı tərəfindən operatora, liman kapitanına, Sahil Mühafizəsinə və gömrük orqanlarına bildirilməlidir.

8.11.   Neft məhsulları ilə yüklənmiş gəminin kapitanı neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamənin mövcudluğu barədə təyinat limanına məlumat verməlidir, əks halda təyinat limanı həmin gəmini qəbul etməkdən imtina edir.

8.12.   Gəminin təyinat limanı dəyişdirildikdə, gəmi kapitanı radioqram vasitəsilə birinci təyinat limanına əvvəlcədən verilmiş sifarişi ləğv etməlidir.

8.13.   Limana yalnız yanacaq, içməli su, ərzaq və başqa təchizatın qəbulu üçün gələn gəminin kapitanı təyin olunmuş vaxtda limana çatma barədə bu Qaydaların 8.9-cu bəndində sadalanan məlumatları verir.

8.14.   Gəminin limana qəbul olunmasından 1 saat əvvəl onun lövbərdə dayanma yeri, yanalma və yük əməliyyatları, habelə digər məsələlər bu Qaydaların 8.8-ci bəndində göstərilən qurumlar və liman idarəsi ilə razılaşdırılmalı və operator bu barədə gəmi kapitanını məlumatlandırmalıdır.

8.15.   Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərdə Azərbaycan Respublikasının Dövlət bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir.

8.16.   Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı hallarda müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır və gün batarkən endirilmir:

8.16.1.   gəmi limana daxil olduqda və limandan çıxdıqda;

8.16.2.   dənizdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəlindikdə.

8.17.   Gəmi dayanacaqda olduğu zaman Azərbaycan Respublikasının Dövlət bayrağı yalnız arxa bayraq ağacında, hərəkət etdiyi zaman isə arxa bayraq ağacında və yaxud qafeldə qaldırılır. Kiçikhəcmli və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının Dövlət bayrağını qafeldə qaldırmaq hüququna malikdirlər.

8.18.   Bələdçi xidməti xarici dövlətin bayrağı altında üzən gəmilər üçün məcburidir.

8.19.   Limana girişi qadağan edilən gəmi mütləq dreyfə yatmalı, yaxud göstərilən yerdə lövbərdə dayanmalıdır. Bu halda limanın dispetçeri gəmi kapitanına limana girişin təxmini vaxtı haqqında məlumat verməlidir.

8.20.   Gəminin limana girişinin və çıxışının ardıcıllığı operator tərəfindən liman kapitanı ilə razılaşdırılmaqla müəyyən edilir. Gəmilərin körpüyə qəbul olunması limanın dispetçer xidməti ilə razılaşdırılır. Gəmilərin limana girişi və çıxışı zamanı Administrasiyanın, Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin, Fövqəladə Hallar Nazirliyinin və gömrük orqanlarının gəmilərinə üstünlük verilir.

8.21.   Liman akvatoriyasında bütün gəmilərin və üzən vasitələrin təhlükəsiz üzməsi operator və liman kapitanı tərəfindən təmin olunur.

8.22.   Liman akvatoriyasında üzmə zamanı gəmi kapitanları irimiqyaslı xəritələrdən, bələdçi kitablarından və digər köməkçi ləvazimatlardan yararlanmalı və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a əməl etməlidirlər.

8.23.   Gəmilər, o cümlədən yedəyə alınan gəmilər, kanal və liman akvatoriyası ilə keçid zamanı lövbərləri hazır vəziyyətdə saxlamalıdırlar.

8.24.   Gəmilərin suya oturumu limanlar üçün müəyyən edilmiş dərinlikdən artıq olmamalıdır.

8.25.   Limanda gəmilərin sürəti dəniz üzgüçülüyünün təhlükəsizliyini, liman hidrotexniki qurğularının və kanallarının qorunmasını təmin etmək məqsədi ilə yerli şərait nəzərə alınmaqla, liman kapitanı ilə razılaşdırılmaqla operator tərəfindən müəyyən olunur.

8.26.    “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, gəmi kapitanı limana girişdən əvvəl və ya limanda dayanarkən, liman vasitələrinin mühafizəsi üzrə məsul şəxsi gəminin mühafizəsi üzrə görülən tədbirlər barədə məlumatlandırır və bu tədbirlərin liman vasitələrinin mühafizəsi üzrə məsul şəxslə razılaşdırmaqla həyata keçirilməsini təmin edir.

8.27.   Aşağıda göstərilən hallarda liman vasitələrinin mühafizəsi üzrə məsul şəxs gəminin mühafizəsini təmin etmək üçün görülən tədbirləri gəminin mühafizəsi üzrə məsul olan komandir heyətinin üzvü ilə əlaqələndirilməlidir:

8.27.1.  gəminin mühafizə planına uyğun tədbirlər  həyata keçirildikdə;

8.27.2.  “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin yerinə yetirilməsi zamanı yaranan çətinliklər haqqında məlumat alındıqda;

8.27.3.  “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq, Administrasiya tərəfindən müəyyən olunmuş 2-ci və 3-cü mühafizə səviyyəsi üzrə gəmilərin və limanların mühafizə planında nəzərdə tutulmuş tədbirlər icra edildikdə.

8.28.   Limanda dayanma zamanı mülkiyyətindən və mənsubiyyətindən asılı olmayaraq gəmi sahibləri, gəminin  kapitanı və heyət üzvləri liman qaydalarına  və liman adətlərinə, habelə Administrasiyanın, liman müfəttişlərinin, limanın dispetçer xidmətinin və limanın mühafizə xidmətinin limanda dayanma ilə əlaqədar göstərişlərinə əməl etməlidirlər.

8.29.   Dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı, habelə hidrometeoroloji şəraitdən asılı olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 6.5-ci bəndində qeyd olunan hallarda gəmiyə limana girmək və limanda  dayanmaq icazəsi verilmir.

8.30.   Gəmi heyətinin, sərnişinlərin, eləcə də Azərbaycan Respublikası ərazisinin yoluxucu xəstəliklərdən mühafizəsi üzrə tədbirlər “Beynəlxalq tibbi sanitariya Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisinin sanitariya mühafizəsi qaydaları”nın tələblərinə uyğun həyata keçirilməlidir.

 

  1. 9.                  Gəminin limana girişinin rəsmiləşdirilməsi

 

9.1.  Gəminin limana girişi gəmi limana daxil olduqdan sonra 24 saat ərzində liman kapitanı tərəfindən rəsmiləşdirilir. Xarici dövlətin bayrağı altında üzən gəmilərin limana girişinin rəsmiləşdirilməsi Sahil Mühafizəsinin və gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş tələblərinə riayət etməklə gəmi agenti tərəfindən həyata keçirilir.

9.2.  Xarici dövlətin ərazisindən gələn gəminin girişinin daxili və xarici reyddə rəsmiləşdirilməsi zamanı Sahil Mühafizəsinin və gömrük orqanlarının nümayəndələrinin iştirakı təmin olunmalıdır.

9.3.  Gəminin limana girişi aşağıdakı sənədlərin təqdim edilməsi ilə rəsmiləşdirilir:

9.3.1.  ümumi deklarasiya;

9.3.2.  heyət üzvlərinin siyahısı;

9.3.3.  sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

9.3.4.  yük deklarasiyası;

9.3.5.  yük manifesti;

9.3.6.  yük konosamentləri;

9.3.7.  dəniz tibbi-sanitariya deklarasiyası;

9.3.8.  gəmi ehtiyatları haqqında arayış;

9.3.9.  gəmi heyətinin şəxsi əşyaları haqqında deklarasiya;

9.3.10.  gəmidə olan ballast sularına dair hesabat;

9.3.11.  “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq Mühafizə Bəyannaməsi;

9.3.12.  səfərə çıxmaq hüququ haqqında gəmi sanitariya şəhadətnaməsi;

9.3.13.  sanitariya jurnalı.

9.4.  Limana yedəkdə daxil olan gəmi kapitan və heyət üzvlərindən ibarət olduqda, yedəyə alınan gəminin kapitanı onun girişini yedək gəmisindən ayrı rəsmiləşdirməlidir. Digər hallarda isə yedək karvanının limana girişi yedək gəmisinin kapitanı tərəfindən rəsmiləşdirilir.

9.5.  Azərbaycan Respublikasının ərazisində yerləşən məntəqələr arasında üzən gəmilərin limana girişi liman kapitanı tərəfindən rəsmiləşdirilir.

9.6.  Xarici dövlətin bayrağı altında üzən gəmilərin limana girişinin rəsmiləşdirilməsi zamanı bu Qaydaların 9.3-cü bəndində göstərilən sənədlərə əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

9.6.1.  müvafiq dövlətin bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

9.6.2.  gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

9.6.3.  gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

9.6.4.  təsnifat şəhadətnaməsi;

9.6.5.  ölçü şəhadətnaməsi;

9.6.6.  yük nişanı haqqında beynəlxalq şəhadətnamə;

9.6.7.  sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

9.6.8.  gəminin quruluşunun təhlükəsizliyinə dair şəhadətnamə;

9.6.9.  avadanlıq (qurğu) və təchizata görə gəmi təhlükəsizliyinə dair şəhadətnamə;

9.6.10.  gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

9.6.11.  gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə;

9.6.12.  neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə;

9.6.13.  “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş şəhadətnamələr;

9.6.14.  neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

9.6.15.  neft tankerləri üçün neft əməliyyatları jurnalı;

9.6.16.  istisnalar haqqında şəhadətnamə (əgər varsa);

9.6.17.  heyət üzvlərinin diplomları, sertifikatları və Azərbaycan Respublikasının Ticarət  Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulmuş digər sənədləri;

9.6.18.  gəminin sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə və ya gəminin sanitariya nəzarətindən keçməsi haqqında şəhadətnamə;

9.6.19.  heyətin şəxsi əşyaları haqqında deklarasiya (əgər tələb olunarsa);

9.6.20.  gəminin “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə;

9.6.21.  bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat;

9.6.22.  gəmi tarixinin fasiləsiz qeydlər sənədi.

9.7.  Xarici dövlətin ərazisindən limana daxil olan gəminin kapitanı və ya gəmi agenti tərəfindən gömrük qanunvericiliyində nəzərdə tutulmuş müvafiq sənədlər gömrük orqanına təqdim olunur.

9.8.  Xarici dövlətin ərazisindən limana daxil olan gəmi və onunla daşınan mallar üzərində gömrük orqanları tərəfindən gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada gömrük nəzarəti həyata keçirilir.

9.9.  Səfər zamanı gəmidə qurğu və mexanizmlər qırıldıqda və (və ya) sıradan çıxdıqda, gəmi kapitanı limana daxil olduqdan sonra bu barədə liman kapitanına yazılı məlumat verməlidir.

 

  1. 10.              Gəminin limandan çıxışının rəsmiləşdirilməsi

 

10.1.             Gəminin limandan çıxışını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş sənədlər yoxlanıldıqdan sonra liman kapitanı Sahil Mühafizəsi ilə razılaşdırılmaqlarəsmiləşdirir və gəminin limandan çıxışına icazə verilir. Xarici dövlətin ərazisinə yola düşən gəminin çıxışına icazə Sahil Mühafizəsi ilə yanaşı gömrük orqanları ilə razılaşdırıldıqdan sonra verilir.

10.2.             Gəmilərin limanlarda yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

10.3.             Liman kapitanı tərəfindən aşağıdakı hallarda operatora məlumat verilməklə, gəminin dəniz limanından çıxışı qadağan edilir:

10.3.1.        gəmi üzməyə yararlı olmadıqda;

10.3.2.        gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda, həmçinin gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəmidə dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər qüsurlar olduqda;

10.3.3.        gəmi sənədlərinə dair Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı  beynəlxalq müqavilələrin tələbləri pozulduqda;

10.3.4.       Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Sahil Mühafizəsinin, gömrük və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;

10.3.5.       liman ödənişləri və ya liman kapitanının qəbul etdiyi qərara əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə;

10.3.6.        məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.

10.4.             Gəminin nəzarət yoxlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnaməsi”nin 6.1-ci bəndinə uyğun olaraq gəmidə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və sağlamlığına və ya ətraf mühitə real təhlükə yaradan qüsurlar aşkar edildikdə, gəminin limandan çıxışına icazə verilmir (gəmi saxlanılır) və bu barədə operatora, gəmi sahibinə (gəmi agentinə), gəminin bayraq dövlətinə, gəminin nəzarəti altında olduğu təsnifat cəmiyyətinə və Beynəlxalq Dəniz Təşkilatına məlumat verilir.

10.5.             Liman kapitanının və Administrasiyanın tabeliyində olan qurumun icazəsi olmadan gəmi limanı tərk etdikdə, operator bu barədə dərhal Hərbi Dəniz Qüvvələrinin əməliyyat növbətçisini, Sahil Mühafizəsini və gömrük orqanlarını məlumatlandırır.

10.6.             Bu Qaydanın 10.5-ci bəndində göstərilən orqanlar gəminin limanı icazəsiz tərk etməsi barədə məlumat aldıqda, həmin gəminin limana qaytarılması üçün tədbirlər görməli və gəminin limanı icazəsiz tərk etməsinin səbəblərini birgə araşdırmalıdırlar. Araşdırma müddətində limanı icazəsiz tərk etmiş gəmi limanda saxlanılır.

10.7.             Gəmi kapitanı limandan çıxmaq üçün hazırlıq haqqında liman kapitanına  müəyyən edilmiş vaxtdan ən geci  6 saat əvvəl məlumat verməlidir.

10.8.             Limanda qısamüddətli dayanma zamanı (6 saatdan az olduğu halda) çıxma haqqında məlumat gəminin çıxışı üçün müəyyən olunmuş vaxtdan ən geci 2 saat əvvəl xəbər verilir.

10.9.             Gəmi kapitanı (xarici dövlətin ərazisinə yola düşən gəmilərdə - gəmi agenti) gəminin limandan çıxışını rəsmiləşdirmək üçün liman kapitanına aşağıdakı sənədləri təqdim etməlidir:

10.9.1.       limanı tərk etmək haqqında ümumi deklarasiyanı və ya ərizəni;

10.9.2.       heyət üzvlərinin siyahısını;

10.9.3.       sərnişinlərin siyahısını (sərnişin gəmisi üçün);

10.9.4.       heyət üzvlərinin diplomları, sertifikatları və Azərbaycan Respublikasının Ticarət  Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulmuş digər sənədləri barədə məlumatları;

10.9.5.       səfərə çıxmaq hüququ haqqında gəminin sanitariya şəhadətnaməsini;

10.9.6.       gəminin səfərə çıxışı üçün onun davamlılığının hesablanması barədə məlumatları;

10.9.7.       ölçü şəhadətnaməsini;

10.9.8.       yük nişanı haqqında beynəlxalq şəhadətnaməni;

10.9.9.       sərnişin şəhadətnaməsini (sərnişin gəmisi üçün);

10.9.10.   gəminin quruluşunun təhlükəsizliyinə dair şəhadətnaməni;   

10.9.11.   avadanlıq (qurğu) və təchizata görə gəmi təhlükəsizliyinə dair şəhadətnaməni;  

10.9.12.   gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazəni və radiojurnalı (gəminin radiostansiyası olduqda);

10.9.13.   istisnalar haqqında şəhadətnaməni (əgər varsa);   

10.9.14.   neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnaməni;

10.9.15.   neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni;

10.9.16.   gəmi heyətinin tərkibi haqqında şəhadətnaməni;

10.9.17.   daşınma qaydalarına uyğun olaraq, ağırçəkili və göyərtə yüklərinin bərkidilməsinə dair hesablamanı;

10.9.18.   təsnifat şəhadətnaməsini;

10.9.19.   qeyri-standart yüklər olduqda, texniki şərtlərin standart sxemlərə uyğun bərkidilməsi haqqında hesablamaları və müvafiq aktı;

10.9.20.   gəminin “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnaməni;

10.9.21.   bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatı;

10.9.22.   gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnaməni;

10.9.23.   gəmi tarixinin fasiləsiz qeydlər sənədini;

10.9.24.   “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş şəhadətnamələri;

10.9.25.   Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda nəzərdə tutulan digər sənədləri;

10.9.26.   gəminin sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnaməni və ya gəminin sanitariya nəzarətindən keçməsi haqqında şəhadətnaməni;

10.9.27.   sanitariya jurnalını.

10.10.         Limandan xarici dövlətin ərazisinə yola düşən gəminin kapitanı və ya gəmi agenti tərəfindən gömrük qanunvericiliyində nəzərdə tutulmuş müvafiq sənədlər gömrük orqanlarına, gəmi heyəti üzvlərinin siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədlər, gəminin mənsubiyyəti və sahibi barədə məlumatlar isə Sahil Mühafizəsinətəqdim edilməlidir.

10.11.         Limandan xarici dövlətin ərazisinə yola düşən gəmi və həmin gəmidə daşınan mallar üzərində gömrük orqanları tərəfindən gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

10.12.         Azərbaycan Respublikasının ərazisində yerləşən məntəqələr arasında üzən gəmilərin limandan çıxışı liman kapitanı tərəfindən Sahil Mühafizəsi ilə razılaşdırılmaqla birdəfəlik (gəmi sahibinin əsaslandırılmış müraciəti əsasında -çoxdəfəlik) rəsmiləşdirilir. İcazənin qüvvədəolma müddətində gəminin kapitanı limana giriş və ya çıxış zamanı Sahil Mühafizəsinin növbətçi xidmətini və Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunu telefon, UQD radiostansiya və ya telefonoqram vasitəsilə heyət üzvlərinin və sərnişinlərin sayı, metasentrik hündürlük, gəminin suya oturumu, çıxış üçün icazənin qüvvədəolma müddəti və bu icazəni verən orqan barədə məlumatlandırır. 

10.13.         Xarici dövlətin ərazisinə yola düşən gəminin dənizə çıxışına yalnız Sahil Mühafizəsi tərəfindən yanalma körpüsündə (yerləşmə məntəqəsində və ya xüsusi ayrılmış başqa yerdə) gəmi heyəti üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər yoxlanıldıqdan sonra icazə verilir.

10.14.         Gəminin texniki vəziyyəti və gəmi heyətinin tərkibi dəyişdikdə, habelə  dəniz üzgüçülüyünün təhlükəsizliyinə təsir göstərən digər dəyişikliklər baş verdikdə,  gəmi kapitanı bu barədə liman kapitanını, gəmi heyətinin tərkibi dəyişdikdə isə həmçinin Sahil Mühafizəsini məlumatlandırmalı və gəminin limandan çıxmasını yenidən rəsmiləşdirməlidir.

10.15.         Balıqçı gəmisinin limandan çıxışı rəsmiləşdirilərkən, əlavə olaraq aşağıdakı sənədlər də yoxlanılmalıdır:

10.15.1.    sənaye məqsədi ilə balıq ovlamaq üçün rayonların xəritəsi;

10.15.2.   beynəlxalq konvensiyalar tətbiq olunan rayonlarda balıq ovu ilə məşğul olmağa dair icazə;

10.15.3.    balıq ovu zamanı üzmə və ovun aparılması qaydaları, yaxud onları əvəz edən digər sənədlərin toplusu.

10.16.         Yedəyə alınan və heyət üzvləri ilə birlikdə limandan çıxan gəminin çıxışı həmin gəminin kapitanı tərəfindən rəsmiləşdirilir.

10.17.         Yedəyə alınmış karvanın limanı tərk etməsi yedək gəmisinin kapitanı tərəfindən rəsmiləşdirilir.

10.18.         Yedək gəmisinin kapitanı gəminin limandan çıxışını rəsmiləşdirərkən, liman kapitanına gəminin keçid planını və yedək xəttinin sxemini və hesablanmasını da təqdim etməlidir.

10.19.         Manevri məhdudlaşdırılmış gəmilərin və digər qurğuların limandan çıxışı rəsmiləşdirilərkən onların yedəklənməsində konstruktor-layihə bürosunun hazırladığı və Administrasiya ilə razılaşdırdığı bağlanma sistemi, müxtəlif konstruksiyaların bərkidilməsi barədə sənədlər liman kapitanına təqdim olunmalıdır.

10.20.         Gəminin üzməsi ilə bağlı məhdudiyyət olduqda və ya gəmilərdə iriqabaritli qeyri-standart yüklər daşındıqda və ya iri platformalar yedəyə alındıqda, yedəkləmə sxemi, keçid planı, müxtəlif qurğuların, gövdənin bərkidilməsi və digər sənədlər toplusu tərtib olunaraq, Administrasiya tərəfindən təsdiq edilir və bu keçidə birdəfəlik icazə verilir.

10.21.         Yedəkləmə rəsmiləşdirilərkən həm yedək, həm də yedək olunan gəminin sənədləri və onların üzgüçülüyə yararlılığına dair akt liman kapitanına təqdim edilməlidir.

10.22.         Liman kapitanının göstərişinə əsasən, Azərbaycan Respublikasının ərazi sularını tərk etməməklə, gəminin qəza-xilasetmə əməliyyatlarında iştirak etməsi məqsədi ilə və ya təbii fəlakət nəticəsində limandan çıxışı zamanı rəsmiləşdirmə tələb olunmur.

10.23.         Çıxış üçün icazə 24 saat ərzində qüvvədədir. Hər hansı bir səbəbdən gəmi limanda bu müddətdən artıq dayanarsa, gəmi kapitanı bu barədə liman kapitanına məlumat verməli və gəminin çıxışını yenidən rəsmiləşdirməlidir.

10.24.          Hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi gəminin limandan çıxmasına maneə törətdikdə, liman kapitanı gəminin limandan çıxışını qadağan etmək hüququna malikdir.

10.25.         Gəminin limanda dayanması 12 saatdan az müddət üçün nəzərdə tutulduqda, liman kapitanının icazəsi ilə gəminin limana girişi və çıxışı eyni zamanda rəsmiləşdirilir.

10.26.         Limanın fəaliyyətinin təmin edilməsi məqsədi ilə istismar olunan gəmilərin girişi və çıxışı 24 saat ərzində birdəfəlik  rəsmiləşdirilir.

10.27.         Tərsanələrdən istismar sınağına çıxan gəmilərin kapitanı onların limandan çıxışını rəsmiləşdirmək üçün təsnifat cəmiyyətinin icazəsini, gəmi heyətinin siyahısını, tərsanənin və başqa təşkilatların mütəxəssislərinin siyahısını liman kapitanına təqdim etməlidir.

10.28.         Limandan dənizə və ya başqa körpüyə yanalmaq üçün körpüdən çıxmazdan 15 dəqiqə əvvəl gəmi kapitanı tərəfindən UQD radiostansiyası vasitəsilə operatordan icazə alınmalıdır.

 

  1. 11.              Gəmilərin lövbər dayanacaqlarında dayanması

 

11.1.        Gəmilərin daxili və xarici reydlərdə lövbər dayanacaqlarında dayanması operator  tərəfindən müəyyən olunur.

11.2.        Lövbər dayanacağı aşağıdakı hallarda qadağandır:

11.2.1.  xəritələrdə, üzgüçülük üzrə rəhbər sənədlərdə və “Dənizçilər üçün bildirişlər”də göstərilən qadağan edilmiş rayonlarda;

11.2.2.  farvaterlərdən, kanal və buy və bakenlərlə birlikdə farvaterin xəttinə nəzərən gəminin mövqeyini müəyyən etmək üçün çay və göllərin sahillərində kontrast rənglərdə olan naviqasiya vasitəsindən 1,5 mil və ya daha az məsafədə;

11.2.3.  dayanacağın təhlükəsizliyini təmin etməyən dərinliklərdə;

11.2.4.  tərsanələrin akvatoriyalarında;

11.2.5.  sualtı kommunikasiyaların keçid zonalarında.

11.3.         Gəmilərin lövbərə durması və ya lövbər dayanacağı yerinin dəyişməsi operatorun icazəsi ilə Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu və Sahil Mühafizəsi ilə razılaşdırılmaqla həyata keçirilir.

11.4.        İcazəsiz və ya nəzərdə tutulmamış yerdə lövbərə dayanmış gəminin  kapitanı operatorun göstərişinə əsasən gəminin lövbər dayanacağı yerini dəyişməli və dərhal bu barədə operatoru məlumatlandırmalıdır.

11.5.        Dreyf üsulu ilə gəminin lövbər dayanacağı yerini dəyişdirmək qadağandır.

11.6.        Gəmidə naviqasiya işıqları kimi qəbul edilə biləcək işıqlardan istifadə olunması qadağandır.

11.7.        Lövbərdə dayanan gəmilərin məsul növbətçisi gəmi radiostansiyalarının 16-cı kanalında və ya “Liman üzrə məcburi Qaydalar”da nəzərdə tutulan UQD kanallarında radio növbəsi çəkməlidir.

11.8.        Günün qaranlıq vaxtı lövbərdə dayanan gəmilərdə “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a müvafiq işıqlar yandırılmalıdır.

11.9.         Heyəti olmayan özühərəkətetməyən gəmilərin və üzən vasitələrin lövbərdə yedəksiz dayanması qadağandır.

11.10.    Gəmi kapitanı gəminin bortuna götürülmüş və ya bortda aşkar edilmiş kənar şəxslər haqqında dərhal Sahil Mühafizəsinin növbətçi xidmətini (sahil məntəqəsini) və liman kapitanını məlumatlandırmalı və onları aidiyyəti dövlət orqanlarına təhvil verməlidir.

11.11.    Katerin, qayıqların və salların suya salınması yalnız Sahil Mühafizəsinin və Administrasiyanın tabeliyində olan qurumun razılığı ilə həyata keçirilir. Bu tələblər suda batan insanlara kömək göstərən və qəza-xilasetmə işlərini yerinə yetirən gəmilərə şamil edilmir.

11.12.    Lövbərdə dayanarkən, gəmilərdə yük oxları, sallar və traplar yalnız onların istifadəsi zamanı bortdan aşırılmalıdır.

11.13.    Gəminin lövbər dayanacağında təhlükəsiz dayanmasını təmin etmək məqsədi ilə baş mühərriklər hazır vəziyyətdə saxlanılmalıdır.

11.14.    Lövbər dayanacağında dayanmış gəminin kapitanı lövbər dayanacağını təhlükəli hesab etdikdə, bu barədə operatoru məlumatlandırır və  operator tərəfindən gəmiyə təhlükəsiz lövbər dayanacağı təqdim edilir. Limanın daxili reydində belə yer olmadıqda, gəmiyə xarici reydə istiqamətlənməsi barədə göstəriş verilir.

 

  1. 12.    Körpülərin gəmilərin yanalmasına hazırlanması

 

12.1.         Körpü sahibi gəminin körpüyə girişi və körpüdən çıxışı, təhlükəsiz yanalması, körpüdə dayanması, yük əməliyyatlarının və digər işlərin aparılması üçün hazırlıq işləri görməlidir.

12.2.        Körpüyə yaxınlaşan gəminin yanalması üçün körpü xəttinin sərbəst uzunluğu kifayət qədər təmin olunmalı, gəmilərin ölçüsündən və dayanacaq şəraitindən asılı olaraq, gəmilərarası məsafə 10 metrdən az olmamalıdır.

12.3.        Körpü xəttinin 3 metrlik hissəsi yüklərdən və yanalma əməliyyatına maneə törədə bilən digər əşyalardan təmizlənməlidir.

12.4.        Körpü kranları körpü xəttindən liman idarəsinin təsdiq etdiyi sxemə uyğun kənarlaşdırılır.

12.5.        Yanalma zonasında bütün işlər və nəqliyyatın hərəkəti dayandırılmalıdır.

12.6.        Günün qaranlıq vaxtı körpü tam işıqlandırılmalıdır.

12.7.        Gəminin yanalma yeri körpü sahibinin nümayəndəsi tərəfindən gündüz vaxtı qırmızı bayraq, gecə vaxtı isə qırmızı fənərlə göstərilir.

12.8.        Gəminin yanalmasına başlamazdan əvvəl gəmi kapitanı operatordan və ya bələdçidən körpünün vəziyyəti, ölçüləri və mövcud dərinliklər haqqında məlumat almalıdır.

12.9.        Liman kapitanının sərnişin körpülərində yük əməliyyatının aparılmasına liman idarəsi ilə razılaşdırmaqla icazə vermək hüququ vardır.

12.10.    İki gəminin laq üsulu ilə körpüyə qoyulması yalnız həmin gəmilərin kapitanlarının birgə razılığı və liman kapitanının icazəsi ilə həyata keçirilir.

12.11.    Körpüdə dayanan gəminin bortuna ikinci gəminin yanalması zamanı bütün yük əməliyyatları dayandırılmalıdır.

12.12.    Gəmidə infeksiya və ya kontaminasiya mənbəyi aşkar edildikdə, dezinfeksiya, dekontaminasiya, dezinseksiya və ya deratizasiya tədbirlərinin aparılması üçün şərait yaradılmalıdır.

 

  1. 13.              Gəmilərin körpüyə yanalması

 

13.1.   Gəmilərin körpüyə yanalması zamanı aşağıdakılar qadağan  olunur:

13.1.1.  körpülər gəmilərin təhlükəsiz yanalması üçün hazır olmadıqda, gəmilərin həmin körpülərə yanalması;

13.1.2.  gəmiləri yanalma üçün təyin edilməmiş hər hansı bir qurğunun hissəsinə bağlamaq;

13.1.3.  yanalma əməliyyatında kənar şəxslərin olması;

13.1.4.  iki və daha artıq gəminin eyni zamanda qonşu körpülərə yan- alması və ya körpüdən aralanması;

13.1.5.  iki gəmi paralel bort borta bağlı olduğu halda, onların körpüyə yanalması.

13.2.   Gəminin körpüyə yanalması liman kapitanından, liman dispetçerindən və ya körpü sahibindən icazə alınmaqla, operator və Sahil Mühafizəsi ilə, gəmidə təhlükəli yüklər olduqda isə limanın yanğından mühafizə xidməti ilə razılaşdırılmaqla həyata keçirilir.

13.3.   Gəmidə xüsusi təhlükəli yoluxucu xəstəliklərin əlamətləri aşkar edildikdə və ya həmin xəstəliklərin olmasına dair şübhə yarandıqda, gəminin körpüyə yanalması Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin “Beynəlxalq tibbi sanitariya Qaydaları”nın tələblərinə uyğun olaraq verilmiş rəyi nəzərə alınmaqla həyata keçirilir. Xarici dövlətin ərazisindən gələn gəminin körpüyə yanalması Sahil Mühafizəsi və gömrük orqanları ilə razılaşdırılmalıdır.

13.4.   Gəminin körpüyə yanalması üçün körpü sahibi yanalma əməliyyatının rəhbəri ilə birgə gəminin tam tutumundan asılı olaraq, yanalma əməliyyatı işçilərinin sayını aşağıdakı kimi müəyyən edir:

13.4.1.   gəminin tutumu 300 registr ton  olduqda -yanalma əməliyyatı işçilərinin sayı 1 nəfər;

13.4.2.  gəminin tutumu 300 -1500 registr ton  olduqda -yanalma əməliyyatı işçilərinin sayı 2 nəfər;

13.4.3.  gəminin tutumu 1500-2500 registr ton  olduqda -yanalma əməliyyatı işçilərinin sayı 3 nəfər;

13.4.4.  gəminin tutumu 2500-5000 registr ton  olduqda -yanalma əməliyyatı işçilərinin sayı 4 nəfər;

13.4.5.  gəminin tutumu 5000 registr tondan artıq olduqda -yanalma əməliyyatı işçilərinin sayı 4 və ya 4 nəfərdən yuxarı.

13.5.   Gəmi körpüdə dayanan digər gəminin bortuna yan alarkən, körpüdə dayanan gəminin heyəti gəminin gövdəsinin zədələnməsinin və körpüyə yanalma zamanı gövdəyə düşən zərbənin gücünü azaltmaq məqsədi ilə gəminin bortunu yastıqların köməyi ilə qorumalı və gəmiyə verilən yanalma kəndirlərini qəbul etməlidir. Sahil yanalma kəndirlərinin qəbulu körpünün sahibi tərəfindən təmin edilir.

13.6.   Yanalma əməliyyatlarına cəlb olunan yedək gəmilərinin sayı Administrasiyanın tabeliyində olan qurum tərəfindən müəyyən edilir.

13.7.   Kiçikhəcmli gəmilərin körpüyə yalnız liman kapitanının və limanın növbətçi dispetçerinin icazəsi ilə yanalmaq hüququ vardır.

13.8.   Neftdaşıyan gəmilərin quru yük körpülərinə yanalmasına liman kapitanının və liman dispetçerinin icazəsi ilə yol verilir. Xarici dövlətin bayrağı altında üzən gəmilərin körpüyə yanalması və onların yerlərinin dəyişdirilməsi əvvəlcədən Sahil Mühafizəsi və gömrük orqanları ilə razılaşdırılmalıdır.

 

  1. 14.              Gəmilərin körpüdə dayanması

 

14.1.        Gəmilərdə 1-ci və ya 2-ci sinif təhlükəli yük olarsa (bunker əməliyyatından başqa), onların körpüdə laq üsulu ilə dayanması qadağandır.

14.2.        Körpüdə dayanmış gəminin kapitanı dənizin üst səthinin, dibinin və körpünün çirklənməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməli, həmçinin qarlı günlərdə trap ətrafının təmizlənməsini təmin etməlidir.

14.3.        Yanalma əməliyyatı sona çatdıqdan sonra gəminin istifadə olunmamış lövbərləri yerinə yığılmalı və lövbər zəncirləri stoporlarla bağlanılmalıdır.

14.4.        Gəmidən körpüyə verilmiş traplar leyer və tutacaqlarla təchiz edilməli, trapın yanında 30 metr uzunluğu olan iplə bağlı xilasetmə dairəsi olmalıdır.

14.5.        Trapın alt hissəsində insanların düşməsinin qarşısını alan qoruyucu tor olmalıdır. Günün qaranlıq vaxtı trap və onun ətrafı yetərli dərəcədə işıqlandırılmalıdır.

14.6.        Gəmi təmiri tərsanəsinin rəhbərliyi təmir olunan gəmilərin və üzən vasitələrin təhlükəsiz dayanacağının təşkilinə, həmçinin tərsanənin akvatoriyasında ətraf mühitin qorunmasına cavabdehlik daşıyır.

14.7.        Günün qaranlıq vaxtı körpüdə dayanmış gəmi körpüdən  işıqlandırılmalı, gəminin burun və arxa hissələrində isə gəminin qurtaracaqlarını işarə edən işıqlar qoyulmalıdır.

14.8.        Gəminin ölçüsündən və mənsubiyyətindən asılı olmayaraq, trapın yanında növbətçi durmalıdır. Növbətçinin liman kapitanı, liman dispetçeri, limanın mühafizə xidməti, limanın yanğından mühafizə xidməti ilə mütəmadi rabitə əlaqəsi təmin olunmalıdır.

14.9.        Gəmidən sahilə və əksinə keçməyə yalnız trap vasitəsilə icazə verilir. Gəmi traplarının texniki vəziyyətinə və təhlükəsiz istifadəsinə görə gəmi kapitanı, gəmiyə sahildən verilmiş trapın texniki vəziyyətinə görə isə körpü sahibi cavabdehdir.

14.10.    Tanker və ya maye yanacağı olan bunker gəmiləri gecə vaxtı ştat işıqlarından əlavə,  ən azı 2 mil məsafədən görünən yerdə bir qırmızı işıq yandırmalı, gündüz isə Beynəlxalq Bayraqlar Toplusuna (BBT) əsasən “Bravo” bayrağını qaldırmalıdırlar.

14.11.    Körpüdə dayanmış gəmidə liman kapitanının icazəsi olmadan yük kranlarını, oxları, trapları, qayıq və digər vasitələri sallanmış vəziyyətdə saxlamaq qadağandır.

14.12.    Körpüdə dayanan gəmiyə gəmi qayıqlarını bortun yanında saxlamaq, həmçinin bortdan kənara çıxarmaq və suyadək endirmək qadağandır.

14.13.     Baş mühərriklərin, sükanın, lövbər və yanalma qurğuları sıradan çıxdıqda, onların təmiri üçün qayıq və ya digər üzən vasitələrdən istifadəyə  liman kapitanından yazılı razılıq alındıqdan sonra yol verilir.

14.14.    Limanda dayanmış gəmidə bortun rəngləmə işlərinin aparılması qadağan edilir, qəza və yanğın əleyhinə vasitələr saz və istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır.

14.15.    Kiçikhəcmli gəmilərin mühafizəsi gəmi sahibi tərəfindən həyata keçirilir.

14.16.    Yük əməliyyatları zamanı gəminin yana meyili (kren) 5 dərəcədən artıq olmamalıdır.

14.17.     Limandan çıxan iritonnajlı gəmilər manevr üçün yedəkçi gəmilərdən istifadə etməli və öz mühərrikləri ilə körpülərin yaxınlığında manevr etməməlidirlər.

14.18.    Gəmi bilavasitə körpüdə dayanarkən, mühərriklərin qızdırılması üçün vintlər ən kiçik dövrlərdə işlədilməlidir.

14.19.    Yük əməliyyatlarının aparılması məqsədi ilə neftdaşıyan tankerlərin yalnız müvafiq boru xətti ilə təchiz edilən körpülərə yan- almasına icazə verilir.

14.20.    Alışma temperaturu 28o C-dən az olan neft məhsulları ilə yüklənmiş tankerlərin körpülərə yanalması qeyri-metal buraz vasitəsilə həyata keçirilməlidir.

14.21.    Neftdaşıyan tankerlərə digər gəmilərin yaxınlaşması və yan- alması zamanı gəmidə aparılan yük əməliyyatları dərhal dayandırılmalıdır.

14.22.    Körpüdə dayanmış gəmiyə gəmiricilərin və həşəratların daxil olmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.

 

  1. 15.    Körpüdə dayanacaq yerinin dəyişdirilməsi

 

15.1.   Limanın növbətçi dispetçerinin və Sahil Mühafizəsinin razılığı olmadan gəminin limanda dayanacaq yerinin dəyişdirilməsi qadağandır. Limanın növbətçi dispetçeri gəmi kapitanını nəzərdə tutulan dayanacaq yerinin dəyişdirilməsi barədə 2 saatdan əvvəl xəbərdar etməlidir.

15.2.   Əgər körpüdə yerdəyişmə saat 17:00-dan növbəti gün saat 08:00-dək planlaşdırılarsa, liman dispetçeri bu barədə gəmi kapitanına saat 15:00-dək məlumat verməlidir.

15.3.   Dayanacaq yerini dəyişən gəmi körpüdə dayanan digər gəminin bortuna laq üsulu ilə yan alarsa, sonuncu yerdəyişməyə başlamazdan 1 saat əvvəl məlumatlandırılır.

15.4.   Gəminin dayanacaq yerinin bir körpüdən digərinə dəyişdirilməsi üçün gəmi kapitanı əməliyyatın başlanmasına 15 dəqiqə qalmış UQD radiostansiyası ilə müəyyən olunmuş kanalda operatordan icazə almalıdır.

15.5.   Gəminin bir körpüdən digərinə yerdəyişməsinə və ya reydə çıxarılmasına yalnız gəminin bayrağı altında üzdüyü dövlət tərəfindən təsdiq edilmiş gəminin minimum heyət tərkibinin mövcud olduğu hallarda icazə verilir.

15.6.   Körpünün uzunluğu boyunca yerdəyişmə 50 metr məsafədən çox olduqda, gəminin dayanacaq yerinin dəyişdirilməsi yalnız yedəkçi gəmilərin köməyi ilə aparılmalı,  yerdəyişmə 50 metr məsafədən az olduqda isə gəmi kapitanı yerdəyişməni yanalma kəndir ilə dartma üsulu ilə həyata keçirmək hüququna malikdir.

15.7.   Gəminin liman kapitanının və operatorun icazəsi olmadan körpünü tərk etməsinin nəticələrinə görə gəmi kapitanı (gəmi sahibi) cavabdehdir.

15.8.   Xarici dövlətin bayrağı altında üzən gəmilərin limanda hər hansı bir yerdəyişməsi üçün gəmidə bələdçinin olması məcburidir.

15.9.   Gəmi kapitanı gəminin kəndirlə dartılma üsulu ilə körpü boyu yerdəyişməsini liman kapitanının icazəsi ilə bələdçisiz həyata keçirmək hüququna malikdir.

 

  1. 16.    Əlverişsiz hidrometeoroloji şəraitdə görülən tədbirlər

 

16.1.   Hava şəraitinin dəyişməsi haqqında məlumat alan operator bu barədə liman kapitanlarını, liman akvatoriyasında olan gəmilərin sahiblərini, dispetçer xidmətini, liman akvatoriyasında və körpülərdə olan bütün gəmi kapitanlarını və gəmi agentlərini dərhal məlumatlandırmalıdır.

16.2.   Hava şəraitinin pisləşməsi aydın müşahidə olunduqda və fırtına xəbərdarlığı haqqında məlumat alındıqda, kapitanlar gəmilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidirlər.

16.3.   Fırtına xəbərdarlığını alan liman kapitanı limanın dispetçer xidmətinə fırtına zamanı limanı tərk edəcək gəmilərin siyahısını təqdim etməli və gəmi kapitanı ilə birlikdə gəmi və üzən vasitələrin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onları yüksək hazırlıq vəziyyətinə gətirməlidir.

16.4.   Limanın ərazisində küləkdən və dalğalanmadan qorunmaq üçün şərait olmadıqda, gəmilər dənizə çıxmaq məqsədi ilə yüksək hazırlıq vəziyyətinə gətirilməlidir.

16.5.   Fırtına xəbərdarlığı və küləyin sürətinin 17 m/san-dən artıq güclənməsi haqqında məlumat alındıqda, gəminin minimum heyət tərkibi gəmidə olmalıdır.

16.6.   Fırtınalı hava şəraitində limanda dayanan gəminin kapitanı liman kapitanının və operatorun təhlükəsizliyin təmin olunmasına yönəldilmiş bütün tələblərini dərhal yerinə yetirməli, texniki cəhətdən saz olan hər bir gəmi fırtına zamanı liman kapitanının tələbinə əsasən limanı tərk etməlidir.

16.7.   Gəmi kapitanı, heyət üzvləri, liman idarəsi və gəmi sahibləri limanda gəmilərin təhlükəsiz dayanmasının təmin edilməsinə dair liman kapitanının və operatorun göstərişlərinə riayət etməlidirlər.

16.8.   Kiçikhəcmli gəmilərin və özühərəkətetməyən üzən vasitələrin kapitanları təhlükəli vəziyyət haqqında xəbərdarlıq aldıqda, dərhal təhlükəsiz dayanacağın təmin edilməsi üçün tədbirlər görməlidirlər.

16.9.   Hava kəskin surətdə dəyişdikdə və fırtına gözlənildikdə, limanın yedək gəmiləri və bələdçi xidməti yüksək hazırlıq vəziyyətinə gətirilməlidir.

 

  1. 17.    Kiçikhəcmli gəmilərin və üzən vasitələrin limanda dayanması və hərəkəti

 

17.1.        Qeydiyyata alınmış kiçikhəcmli gəmilərin sahiblərinə gəmi biletləri verilir və tanınma (identifikasiya) nömrəsi təqdim olunur.

17.2.        Kiçikhəcmli gəmilərin sahibləri mülkiyyətində olan gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi və üzmə müddətinin uzadılması üçün onları hər il texniki baxışa təqdim etməlidirlər.

17.3.        Kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalıdırlar.

17.4.        Kiçikhəcmli gəmilərin bortunda aşağıdakılar aydın şəkildə göstərilməlidir:

17.4.1.  burun hissədə - gəminin adı;

17.4.2.   arxa hissədə - qeydiyyat limanı və nömrəsi.

17.5.        Kiçikhəcmli gəmilər limanların akvatoriyasında üzdükdə, UQD radiostansiyası vasitəsilə operator ilə rabitə əlaqəsinə malik olmalıdırlar, əks halda onların hərəkəti qadağandır.

17.6.        Küləyin sürəti 7m/san-dən artıq olduqda, avarlı qayıqların üzməsi qadağan edilir.

17.7.        Küləkli və dalğalı havada yelkənli və mühərrikli qayıqların hərəkətinə onların  inşa sənədlərində göstərilmiş məhdudiyyətlər nəzərə alınmaqla yol verilir.

17.8.        Kiçikhəcmli gəmilərə aşağıdakılar qadağandır:

17.8.1.  liman akvatoriyalarının daxilində onlar üçün ayrılmış üzmə rayonunun hüdudlarından kənara çıxmaq;

17.8.2.  nəqliyyat və digər gəmilərin kurslarını kəsmək və onların hərəkətinə mane olmaq;

17.8.3.  limanın körpülərində və lövbərdə dayanmış gəmilərə, naviqasiya avadanlıqları vasitələrinin işarələrinə, gəmi təmiri tərsanələrinin körpülərinə və dənizkənarı parkın sahil sütunlarına yanalmaq;

17.8.4.  göyərtəsinə inşa sənədlərində müəyyən olunmuş saydan artıq insan götürmək;

17.8.5.  inşa sənədlərində nəzərdə tutulmadığı halda sərnişin və yüklər daşımaq.

17.9.        Kiçikhəcmli gəmilər və üzən qurğular limanda yalnız onlar üçün ayrılmış yerlərdə dayanmalıdırlar.

17.10.    Könüllü idman cəmiyyətlərinin, yaxt-klubların və digər təşkilatların rəhbərləri, həmçinin kiçikhəcmli və idman gəmilərinə sahib olan hüquqi şəxslər tərəfindən gəmilərin dayanacaq yerlərində müşahidə məntəqələri təşkil edilməlidir.

17.11.    Kiçikhəcmli gəmilərin (tam tutumu 70 tondan az olan gəmilər istisna olmaqla) limanlardan çıxışını rəsmiləşdirmək üçün hüquqi və fiziki şəxslər liman kapitanına müraciət etməli və aşağıdakı məlumatları bildirməlidirlər:

17.11.1.            gəminin adı;

17.11.2.            gəminin xüsusiyyətləri (spesifikasiyası);

17.11.3.            gəmi sürücülərinin adları və onların sertifikatları;

17.11.4.            bortda olan sərnişinlərin sayı;

17.11.5.            gəminin çıxışının məqsədi.

17.12.     Administrasiyanın tabeliyində olan qurum su idman tədbirlərində (yarışlar, olimpiadalar, dərs təlimləri və s.) iştirak edən idman gəmilərinin hərəkətini dayandırmaq hüququna malikdır.

17.13.     Külək və dalğalanma şəraitində kiçikhəcmli gəmilərin  təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlar üçün dayanacaq yerləri iritonnajlı gəmilərin hərəkət yollarından və dayanacaq məntəqələrindən kifayət qədər uzaqda müəyyən edilməlidir.

17.14.    Kiçikhəcmli gəmilərin sahibləri və kapitanları onların təyin olunmuş dayanacaq yerlərində təhlükəsiz dayanmasını təmin etməlidirlər.

17.15.    Heyəti olmayan, özühərəkətetməyən, yedəklə üzən qurğuları lövbərdə saxlamaq qadağandır.

17.16.    Kiçikhəcmli gəmilərin yük körpülərinə yalnız liman kapitanının və liman dispetçerinin icazəsi ilə yanalmasına yol verilir.

17.17.    Kiçikhəcmli gəmilərin neft körpülərində və tankerlər üçün nəzərdə tutulmuş dayanacaqlarda dayanması qadağandır.

 

  1. 18.    Dənizin çirkləndirilməsinin qarşısının alınması

 

18.1.        Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında üzən bütün gəmilər, eləcə də liman ərazisində və sahilboyu ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların, habelə “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələblərinə riayət etməlidir.

18.2.        Limanlarda üzən gəmilər və gəmiçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən dənizin çirkləndirilməsinin qarşısının alınmasına dair görüləcək tədbirlərin xüsusiyyətləri, gəmilərdən və müəssisələrdən istismar zamanı əmələ gələn neft tərkibli maddələrin, zibillərin, çirkab sularının və digər zərərli tullantıların qəbulu qaydaları Administrasiya tərəfindən müəyyən edilir.

18.3.        Dənizin canlı orqanizmləri və insan sağlamlığı üçün aşağıda adları sadalanan zərərli maddələrin gəmidən dənizə atılması qadağandır:

18.3.1.  neft və hər növ neft məhsulları, həmçinin müxtəlif gəmi qurğularında istifadə olunan qarışıqlar;

18.3.2.  kimyəvi xam maddələr və kimyəvi istehsal məhsulları;

18.3.3.  tualetlərdən, ambulatoriya və lazaretlərdən, heyvanlar saxlanılan yerlərdən axan təmizlənməmiş çirkab suları;

18.3.4.  dəniz suyunun xüsusiyyətlərini, rəngini, iyini dəyişən digər çirkab axıntıları;

18.3.5.  zibil və qida (ərzaq) qalıqları;

18.3.6.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tullantılar.

18.4.        Atmosferin və ətraf mühitin zəhərli qazlarla çirkləndirilməsinin həddi Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan normativ hüquqi aktlarının və “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələbləri ilə tənzimlənir.

18.5.        Liman akvatoriyalarında və ərazi sularında çirklənmənin qarşısını almaq məqsədi ilə aşağıdakılar təmin edilməlidir:

18.5.1.  təsadüfi və ya nəzərdə tutulmuş tullantıların atıla biləcəyi klapanları bağlı saxlamaq və plomblamaq;

18.5.2.  göyərtədə şpiqatları bağlı saxlamaq, şlanq və hava borularının birləşən yerlərinin altında altlıqlar qoymaq;

18.5.3.  ballast sularını yalnız liman kapitanının icazəsi ilə boşaltmaq və ya qəbul qurğularına təhvil vermək;

18.5.4.  gəmilərin rənglənməsini, göyərtə və anbarların yuyulmasını, qaynaq və təmir işlərini yalnız liman kapitanının icazəsi ilə həyata keçirmək.

18.6.        Gəmi kapitanları liman akvatoriyasında istər öz gəmilərindən, istərsə də digər mənbələrdən zərərli maddələrin dənizə atılması halları barədə liman kapitanına dərhal məlumat verməlidirlər.

18.7.        Ətraf mühitin mühafizəsinə dair gəmi sənədləri liman kapitanının tələbinə əsasən dərhal təqdim olunmalıdır.

18.8.        Gəmidə yığılmış hər növ çirkabın, döşəməaltı və ballast sularının, habelə zibillərin qəbulu liman idarəsi tərəfindən təmin edilməlidir.

18.9.        Gəmidən gələn sifariş əsasında limana verilən sərt separasiya, neft məhsullarının qalıqları, yağlanmış əskilər, sənaye zibilləri, texniki və qida tullantıları, işlənmiş qablar və digər tullantılar xüsusi taralardadaşınmalıdır.

18.10.    Mühərriklərin soyuducu su sisteminin çəkilmə dəlikləri gəmi limana daxil olanadək, xüsusi örtüklə bağlanılmalıdır.

18.11.    Yük əməliyyatı, gəminin yanacaq qəbul etməsi, çirkab və ballast sularının boşaldılması zamanı gəmi heyətinin səhvi və ya istifadə olunan gəmi avadanlığının texniki nasazlığı nəticəsində körpü və ya dəniz akvatoriyasının çirklənməsinə görə gəmi kapitanı və gəmi sahibi cavabdehlik daşıyır.

18.12.     Zibil, çirkab və döşəməaltı sular, qida və digər sərt qalıqlı tullantılar gəmi limanı tərk etməzdən əvvəl təhvil verilməlidir.

18.13.    Liman akvatoriyasında neft ləkələrinin gəmi heyəti tərəfindən nefti dibə çökdürən və ya onu suda həll edən məhlulların istifadəsi ilə aradan qaldırılması qadağandır.

18.14.     Neft dağıntısını törədən hər hansı bir gəminin heyət üzvlərinin dağıntının aradan qaldırılması işlərində köməklik göstərməsi məcburidir.

 

  1. 19.              Limanda radiorabitə vasitələrindən istifadə

 

19.1.   Liman akvatoriyasında olan gəmilərin UQD radiostansiyası və peyk rabitə vasitələri istisna olmaqla, teleqraf və digər telefon radio qurğularından istifadə etməsi qadağandır.

19.2.   Gəmi təhlükəyə məruz qalarsa və ya digər fəlakətə uğramış gəmilərə yardım etmək məqsədi ilə istənilən rabitə vasitəsilə məlumatın ötürülməsinə icazə verilir.

19.3.   Gəmilərin hərəkətini tənzimləmək üçün ayrılmış müəyyən UQD kanallarında gəmilərin hərəkətinin tənzimlənməsinə aid olmayan danışıqların aparılması qadağandır.

19.4.   Əgər abunəçi ilə sahil telefon şəbəkəsi vasitəsilə əlaqə saxlamaq mümkün deyildirsə, bu halda körpüyə yan almış gəminin peyk və ya UQD radiostansiya  sistemindən istifadə etmək hüququ vardır.

19.5.   UQD radiostansiyasına malik olan gəmi liman sularında üzərkən məlumatı qəbul etmək üçün onları işlək vəziyyətdə saxlamalı və radiorabitə qaydalarına ciddi riayət etməlidir.

19.6.   Liman akvatoriyasında radiorabitə vasitələri ilə danışıqların aparılması Administrasiyanın tabeliyində olan qurum tərəfindən təşkil olunur.

 

  1. 20.         Liman akvatoriyasında mühafizə və hərəkət qaydaları

 

20.1.   Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir liman “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun reqlamentlərə və müvafiq şəhadətnaməyə, “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələbləri tətbiq edilən gəmilər isə həmin Məcəllədə nəzərdə tutulmuş mühafizə planına və şəhadətnaməyə malik olmalıdırlar.

20.2.   Bu Qaydaların 19.1-ci bəndində nəzərdə tutulan sənədləri olmayan gəmilərin limanlara daxil olması qadağandır.

20.3.   Liman akvatoriyasında üzmə və dayanma zamanı gəmi limanda olan başqa gəmilərin təhlükəsizliyini, hidrotexniki və digər liman qurğularının, o cümlədən naviqasiya avadanlıqlarının qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməlidir.

20.4.   Üzən mayaka, buylara və digər üzən naviqasiya avadanlıqlarına yaxınlaşmaq və yanalmaq qadağandır.

20.5.   Naviqasiya avadanlıqlarının zədələnməsini və onların öz yerindən kənarlaşmasını aşkar edən gəmi kapitanı bu barədə liman kapitanına dərhal məlumat verməlidir.

20.6.   İstənilən üzən vasitələrin təmir və ya digər məqsədlər üçün sahilə və ya körpüyə çıxarılması yalnız liman kapitanının icazəsinə əsasən Sahil Mühafizəsi ilə razılaşdırılmaqla həyata keçirilir.

20.7.   Liman daxilində dayanan gəmilərin və onlarda olan yüklərin qorunmasını gəmi heyəti üzvləri təmin edir.

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti

ilə razılaşdırıldıqdan sonra edilə bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM