Alternative content

05:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 300
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 300
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:10 04.10.2015

 

№ 300                                    Bakı şəhəri, 15 sentyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyun tarixli 1272 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın” I. Büdcədən maliyyələşən müəssisələr” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. “12. Ağcabədi rayonu üzrə” hissənin “12.9. Kənd tibb məntəqələri” bəndində “Qiyaməddinli” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilsin.

2. “13. Ağdam rayonu üzrə” hissənin “13.22. Kənd tibb məntəqələri” bəndində “Baharlı” sözü “Gül Baharlı” sözləri ilə əvəz edilsin.

3. “17. Astara rayonu üzrə” hissənin “17.7. Kənd tibb məntəqələri” bəndində “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilsin.

4. “20. Bərdə rayonu üzrə” hissənin “20.12. Kənd tibb məntəqələri” bəndində “Qazaxlar” sözü “Birinci Qazaxlar” sözləri ilə əvəz edilsin.

5. “22. Cəlilabad rayonu üzrə” hissənin “22.10. Kənd həkim məntəqələri” bəndində “Təzəkənd” sözü “Çəmənli” sözü ilə, “22.11. Kənd tibb məntəqələri” bəndində “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə, “Badamağac” sözü “Güneyli” sözü ilə əvəz edilsin.

6. “28. Gədəbəy rayonu üzrə” hissənin “28.8. Kənd tibb məntəqələri” bəndində “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilsin.

7. “30. Göyçay rayonu üzrə” hissənin “30.5. Kənd həkim məntəqələri” bəndində “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilsin.

8. “38. İsmayıllı rayonu üzrə” hissənin “38.6. Kənd tibb məntəqələri” bəndində “Cülyan” sözü “Yuxarı Cülyan” sözləri ilə əvəz edilsin.

9. “39. Kəlbəcər rayonu üzrə” hissənin “39.11. Kənd tibb məntəqələri” bəndində “Alçalı” sözü “Günəşqaya” sözü ilə, “Tirkeşəvənd” sözü “Alıbəyli” sözü ilə əvəz edilsin.

10. “40. Kürdəmir rayonu üzrə” hissənin “40.7. Kənd və qəsəbə tibb məntəqələri” bəndində “Axtaçı” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilsin.

11. “45. Quba rayonu üzrə” hissənin “45.5. Kənd və qəsəbə həkim məntəqələri” bəndində “Digah” sözü “Yuxarı Digah” sözləri ilə əvəz edilsin.

12. “48. Laçın rayonu üzrə” hissənin “48.20. Kənd tibb məntəqələri” bəndində “Ağbulaq” sözü “Sarıbaba” sözü ilə əvəz edilsin.

13. “67. Tərtər rayonu üzrə” hissənin “67.5. Kənd həkim məntəqələri” bəndində “Qaradağlı” sözü “Yuxarı Qaradağlı” sözləri ilə, “67.6. Kənd tibb məntəqələri” bəndində “Qapanlı” sözü “Yuxarı Qapanlı” sözləri ilə, “Sarıcalı” sözü “Yuxarı Sarıcalı” sözləri ilə, “Təzəkənd” sözü “Ağkənd” sözü ilə əvəz edilsin.

14. “69. Ucar rayonu üzrə” hissə

nin “69.6. Kənd tibb məntəqələri” bəndində “Çiyni” sözü “Yuxarı Çiyni” sözləri ilə əvəz edilsin.

15. “72. Zaqatala rayonu üzrə” hissənin “72.6. Kənd həkim məntəqələri” bəndində “Dombabinə” sözü “Üçüncü Tala” sözləri ilə, “Əli Bayramlı” sözləri “Dağlı” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri