Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

13:04 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 301
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 301
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:10 04.10.2015

 

№ 301                                    Bakı şəhəri, 15 sentyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyun tarixli 1272 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə 852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə 609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, №3, maddə 266, № 4, maddə 395, № 6, maddə 639; 2013, № 6, maddə 729; 2015, № 4, maddə 458) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Ağcabədi rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci hissəsində “Qiyamadınlı” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilsin.

2. “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 2-ci hissəsində “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilsin.

3. “Cəlilabad rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Təzəkənd” sözü “Çəmənli” sözü ilə, 22-ci hissəsində “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə əvəz edilsin.

4. “Gədəbəy rayonu” bölməsinin “Yolun adı” sütununun 12-ci hissəsində “Yenikənd” sözü “Qızılqaya” sözü ilə, 29-cu hissəsində “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilsin.

5. “Göyçay rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci və 19-cu hissələrində “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilsin.

6. “İsmayıllı rayonu” bölməsinin “Yolun adı” sütununun 36-cı hissəsində “Cülyan” sözü “Yuxarı Cülyan” sözləri ilə əvəz edilsin.

7. “Kürdəmir rayonu” bölməsinin “Yolun adı” sütununun 44-cü hissəsində “Qarabucaq” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilsin.

8. “Laçın rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Ağbulaq” sözü “Sarıbaba” sözü ilə əvəz edilsin.

9. “Tərtər rayonu” bölməsinin “Yolun adı” sütununun 10-cu hissəsində “Təzəkənd” sözü “Ağkənd” sözü ilə, 16-cı hissəsində “Qapanlı” sözü “Alışarlı” sözü ilə, 18-ci hissəsində “Sarıcalı” sözü “Yuxarlı Sarıcalı” sözləri ilə, 19-cu hissəsində “Qaradağlı” sözü “Yuxarı Qaradağlı” sözləri ilə əvəz edilsin.

10. “Ucar rayonu” bölməsinin “Yolun adı” sütununun 6-cı hissəsində “Çiyni” sözü “Yuxarı Çiyni” sözləri ilə əvəz edilsin.

11. “Zaqatala rayonu” bölməsinin “Yolun adı” sütununun 22-ci və 23-cü hissələrində “Əli Bayramlı” sözləri “Dağlı” sözü ilə, 25-ci hissəsində “Dombabinə” sözü “Üçüncü Tala” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM