Alternative content

13:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
01:10 03.10.2015

 

Qərar № 26/185

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış Elmira Hüseyn qızı Axundovanın səlahiyyətli nümayəndəsi Xanbalayev Orxan Zahid oğlu 2015-ci il oktyabrın 1-də, həmin seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Məhərrəmov Elnur Qərib oğlu, qeydə alınmış namizədlər Əhədov Cümşüd Novruz oğlu və Məmmədov Aliq Nağı oğlu 2015-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkiqabağı təşviqatın başlanmasına xeyli vaxt qalmasına baxmayaraq, həmin dairə üzrə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş Qənbərov Gülağa Məmi oğlunun vaxtından əvvəl seçkiqabağı təşviqat apardığını iddia edərək, onun bir sıra seçicilərlə görüşdüyünü, onlara müxtəlif məbləğlərdə pul təklif etdiyini, bununla da seçicilərə təsir etmək məqsədi güddüyünü bildirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən araşdırmaya qəbul edilmiş, bir icraatda birləşdirilərək bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci,

4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış  Elmira Hüseyn qızı Axundovanın səlahiyyətli nümayəndəsi Xanbalayev Orxan Zahid oğlu, həmin dairədən namizədliyi özü tərəfindən irəli sürülmüş Məhərrəmov Elnur Qərib oğlu, qeydə alınmış namizədlər Əhədov Cümşüd Novruz oğlu və Məmmədov Aliq Nağı oğlu tərəfindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlər aidiyyəti üzrə baxılması üçün 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

02.10.2015