Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı açıqlanıb
Yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı açıqlanıb
ANA SƏHİFƏ / Turizm
11:09 30.09.2015

Məlum olduğu kimi, yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər göstərir ki, cari ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 min 233 nəfər təşkil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 560 min 688-zi yerli turistlər, 47 min 545-i isə xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2 faiz və ya 45 min 984 nəfər çoxdur.

Aparılan araşdırmalara əsasən demək olar ki, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.