Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
02:09 29.09.2015

 

Qərar № 24/170

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Fəxrəddin Həmid oğlu 26 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Abbasova Vəfa Asif qızının namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə F.H.Abbas müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 44 saylı Sumqayıt-Xızı  seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş V.A.Abbasovanın müdafiəsi üçün Seçki Məcəlləsinə uyğun olaraq seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş V.A.Abbasovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.

Araşdırma prosesində imza vərəqələrinə seçici kimi daxil edilmiş 132 nəfərin həmin seçki dairəsinin ərazisində qeydiyyatda olmadığı və yaşamadığı müəyyən edilmişdir.

Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə görə, namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisində toplanmalıdır.

Namizəd V.A.Abbasovanın müdafiəsi üçün toplanmış 550 seçici imzasından yuxarıda qeyd edilən əsaslara görə 132-si etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Qeyd olunanlara əsasən, şikayət əsassız olduğundan təmin edilməməli, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının V.A.Abbasovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 16/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və  7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Fəxrəddin Həmid oğlunun 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 16/42 saylı qərarı qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

28.09.2015


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM