Alternative content

09:38 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub
Bu gün ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub
ANA SƏHİFƏ / Turizm
04:09 28.09.2015

"Ölkəmizdə turizm sənayesinin inkişafına dövlətin böyük diqqət və qayğısı var. Müvafiq dövlət proqramlarının qəbulu və icrası, "Turizm ili"nin elan olunması və bu sahənin inkişafı üçün ciddi infrastrukturun yaradılması bunun göstəricisidir. Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb".

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir vurğulayıb ki, bu gün ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub. "Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərir. Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox mühüm göstəricidir. Azərbaycanda viza rejimi sadələşdirilib. Turizm məqsədilə elektron viza almaq mümkündür. Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub",- deyə Əbülfəs Qarayev diqqətə çatdırıb.

Nazir bildirib ki, turizm sahəsinin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Bu yaxınlarda dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişikliklər edilməsi və nazirlik yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı fərmanlar imzalandı. Bu fərmanlarda turizmin inkişafı ilə bağlı xüsusi bir bənd də yer alıb. Həmin bəndə əsasən turizm məkanlarına qanunsuz müdaxilələrin qarşısının alınması, onların fəaliyyətlərinin sərbəst aparılması, turizmin inkişafı üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilib və artıq bununla bağlı işlər həyata keçirilməkdədir".


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM