Alternative content

06:13 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın Xətai rayonundakı 264 nömrəli məktəb-lisey əsaslı surətdə yenidən qurulub
Paytaxtın Xətai rayonundakı 264 nömrəli məktəb-lisey əsaslı surətdə yenidən qurulub
ANA SƏHİFƏ / Tədbirlər
07:09 12.09.2015

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub 

 

Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası əsaslı surətdə yenidən qurulub.

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəb-liseydə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına burada görülən təmir və yenidənqurma işləri barədə məlumat verildi.

Bildirildi ki, bu təhsil ocağı 1981-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəb-liseyin binasında indiyədək əsaslı təmir işləri aparılmayıb. Binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Foyedə ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Xətai rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.

Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.

Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 264 nömrəli məktəb-liseydir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır. Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim məşğul olur. Şagirdlər 7-ci sinifdən etibarən texniki və humanitar siniflərə bölünürlər.

264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.

Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.