Alternative content

05:32 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyasında təmsil olunacaq
Azərbaycan BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyasında təmsil olunacaq
ANA SƏHİFƏ / Turizm
02:09 08.09.2015

Cari ilin sentyabrın 12-dən 17-dək Kolumbiya Respublikasının turizm mərkəzlərindən olan Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası, Avropa Komissiyasının 59-cu iclası, İcraiyyə Şurasının 101-ci və 102-ci sessiyaları, eləcə də BMÜTT-İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə konfransı baş tutacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirini müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Meksikada və eyni zamanda Kolumbiyadakı səfirimiz İlqar Muxtarov və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin rəhbəri Nahid Bağırov təmsil edəcək.

Qeyd edək ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycan qurumun İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. Bunun nəticəsi olaraq, Şuranın iclaslarında və məsələlərin müzakirəsində ölkəmiz səsvermə hüququ ilə iştirak etməyə başlayıb.

İcraiyyə Şurasının bundan əvvəlki, 2015-ci il mayın 28-29-da Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan böyük uğura imza atıb. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sessiyada Azərbaycan Respublikasının təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı geniş müzakirələr aparılıb və nəticədə Şura üzvlərinin dəstəyi ilə qərar mətni qəbul edilib. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq alət əldə olunub.

Digər bir mühüm məsələ də odur ki, Azərbaycanın İcraiyyə Şurasına rəhbərlik etmək üçün namizədliyi irəli sürülüb. Bununla bağlı səsvermə Şuranın Kolumbiyada keçiriləcək sessiyasında baş tutacaq.

Medellin şəhərində, həmçinin proqram və büdcə, turizm və davamlılıq, turizm və rəqabət və digər komitələrinə üzv ölkələr seçiləcək, eləcə də müxtəlif sənədlərin müzakirələri, turizm mövzusunda debatlar, fikir mübadiləsi aparılacaq.

BMÜTT ilə əməkdaşlıq ölkəmizdə turizm idarəetmə mexanizmlərinin möhkəmləndirilməsinə, turizmin davamlı inkişafının təmin edilməsinə, turizm sənayesinin iqtisadiyyatımızın ən gəlirli sahələrindən birinə çevrilməsinə və Azərbaycanın turizm sahəsində beynəlxalq səviyyədə güclü yer tutmasına xidmət edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM