Alternative content

03:33 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 06.09.2015

 

Yaşadığım mənzil dövlət qeydiyyatına götürülməyib, yəni, dövlət reyestrindən çıxarışı (el arasında “kupça” deyilir)  yoxdur. Yalnız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş order var. Mən bu mənzili satarkən hansı sənədə istinad etməliyəm, ümumiyyətlə, belə mənzilin satış proseduru necədir?

 

Mahmud SALMANOV,

Bakı, Yasamal rayonu

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan  sonra - MM) 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. MM-in 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-in 152.4-cü maddəsinə görə, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Göründüyü kimi, mənzil üzərində mülkiyyət (sərəncam vermək) hüququnuz dövlət qeydiyyatına alınmadığından ona dair sərəncam verməyiniz (konkret halda, satmağınız) mümkün deyildir. Mülkiyyət (sərəncam vermək)  hüququnuz qeydə alındıqdan  sonar  mənzilin satışını həyata keçirə bilərsiniz.

 

Yaşadığım mənzil mənə və qardaşıma məxsusdur. Qardaşım ailə vəziyyəti ilə əlaqədar olaraq xaricdə yaşayır. Yuxarı mərtəbədə yerləşən mənzilin sahibi tərəfindən yaşadığım mənzilə su axıdılmışdır və təxminən  2000-2500 manat dəyərində təmirə pul xərclənməlidir. Qonşu həmin məbləği hələ ki, ödəmək istəmir. Məhkəməyə mən və qardaşım birlikdə müraciət etməliyik, yoxsa mən təklikdə iddia qaldıra bilərəm ?

 

Məmməd MƏMMƏDOV,

Sumqayıt

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

Göründüyü kimi, siz ziyan vuran şəxsə (qonşunuza) qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. İddianın qardaşınızla birlikdə qaldırılması tələb edilmir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM