Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:32 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Təhsil nazirlərinin dördüncü iclası keçirilib
Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Təhsil nazirlərinin dördüncü iclası keçirilib
ANA SƏHİFƏ / Turizm
09:09 05.09.2015

Sentyabrın 5-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Təhsil nazirlərinin dördüncü iclası keçirilib.

Tədbirdə TDƏŞ-in baş katibi Ramil Həsənov, Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, Qazaxıstanın elm və təhsil naziri Aslan Sarinjipov, Türkiyə Milli Təhsil Nazirliyinin məsul katibi Yusif Təkin, Qırğızıstan təhsil nazirinin müavini Adilət Bekboyev, Türk Akademiyasının prezidenti Darxan Kıdırali və elm-təhsil xadimləri iştirak ediblər.

İclasda ortaq türk tarixi ( XV əsrlərə qədər və XV-XXI əsrləri əhatə edən), coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması, üzv ölkələr arasında tələbə mübadiləsi və bir sıra məsələlərin müzakirəsi aparılıb.

Bildirilib ki, ortaq türk dərslikləri hazırlanma mərhələsindədir. İştirakçı ölkələr dərsliklərin proqram və məzmununa yenidən baxılması ilə bağlı təkliflərini veriblər. Dərsliklər redaktə başa çatdıqdan sonra məktəb proqramına daxil ediləcək.

Nazir müavini Firudin Qurbanov Azərbaycanda aparılan təhsil islahatlarından danışaraq dedi: “Ölkələrimizi dil, din, mədəniyyət və tarixi bağlarla birləşdirən TDƏŞ-in qısa müddət ərzində beynəlxalq arenada öz yerini möhkəmləndirməsi, üzv ölkələr arasında əməkdaşlığın hərtərəfli formatda genişləndirilməsi təqdirəlayiq haldır. Dünyanın bir sıra bölgələrində, bizim ölkələrin yerləşdiyi regionda çoxsaylı münaqişələr və böhranlar yaşanmaqdadır. Ölkələrimizdə müşahidə olunan inkişafı və sabitliyi qoruyub saxlamaq, gələcək nəsillər üçün inkişaf etmiş cəmiyyət və əmin-amanlıq şəraiti yaratmaq, böhranların mənfi təsirindən qorunmaq üçün əlimizdə olan ən güclü vasitə təhsildir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin inkişafına daim xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bunun əyani təsdiqidir. Bu proqram bu il başa çatır və indi 2020-ci ilə qədər dövrü əhatə edən yeni proqram üzərində hazırlıq işləri aparılır. Yeni proqramda gənclərin xarici ölkələrdə təhsili ilə yanaşı, xarici ölkələrin professor-müəllim heyətinin Azərbaycan ali təhsil müəssisələrinə cəlb olunması yolu ilə təhsil sisteminin təkminləşdirilməsi nəzərdə tutulub”.

Bu tədbirin üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirən F.Qurbanov dedi ki, TDƏŞ-in üzvü olan ölkələrdə təhsil sahəsində fəaliyyətin ölkələrimiz üçün uğurlu olması ilə bağlı çoxsaylı perspektivlər mövcuddur və bu əməkdaşlıq davam etdirilməli, keyfiyyətcə yeni səviyyələrə qaldırılmalıdır.

Tədbirdə Türk Akademiyasının prezidenti Darxan Kıdırali TDƏŞ-in üzvü olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qəbul olunan proqram əsasında “Ortaq türk tarixi” kitabı üzərində hazırlıq işlərinin başa çatdığını bildirdi.

Darxan Kıdırali dedi ki, türk dünyasının intellektual platforması olan Türk Akademiyasının ərsəyə gətirəcəyi dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələrin qurulmasına kömək edəcək.

İclasda TDƏŞ-in baş katibi Ramil Həsənov 2016-cı ildə üzv ölkələrin orta məktəb şagirdləri arasında mübadilə proqramının başlanmasının nəzərdə tutulduğunu bildirdi.

Ramil Həsənov dedi: “Üzv ölkələrdən digər xarici ölkələrə təhsillə bağlı tələbələr gedirsə, biz bunu Türkdilli ölkələrdə də tətbiq etməliyik. Bu yolla gənclərimizi bir araya gətirərək gələcəyə sərmayə qoymuş olarıq”.

Sonra TDƏŞ-in üzvü olan ölkələrin təhsil nazirlərinin birgə əməkdaşlıq Protokolu imzalandı.

Diqqətə çatdırıldı ki, TDƏŞ-in təhsil nazirlərinin növbəti görüşündə əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi davam etdiriləcək.

Təhsil nazirlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alındı.

Tədbirin sonunda mükafatlandırma mərasimi oldu.

Qeyd edək ki, oktyabrın 5-də TDƏŞ-in üzvü olan ölkələrin Elmlər akademiyaları nümayəndələrinin Türk Akademiyasında görüşü keçiriləcək.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM