Alternative content

23:42 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir
Gürcüstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir
ANA SƏHİFƏ / Turizm
09:09 05.09.2015

Azərbaycan ilə Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi məqsədilə Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik edəcəyi nümayəndə heyəti sentyabrın 6–dan 9-dək ölkəmizdə səfərdə olacaq.

Səfər çərçivəsində qonaqların Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmçinin qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı Kompleksi, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcəklər.

Səfərin reallaşdırılmasında məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.