04 Sentyabr 2015 12:09
944
Turizm
A- A+

Azərbaycan ilə Fransa arasında turizm əlaqələri genişlənir

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, səfirliyin birinci müşaviri Fabienne Drout Lozinski və digər əməkdaşlar arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycan Turizm və Menecment Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi ilə Fransanın turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri və turizmin digər sahələrində əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır.

Görüşdə universitet tərəfindən Fransa təhsil ocaqları ilə təhsilin bütün pillələri, həmçinin orta peşə təhsili üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

Görüşdə sentyabrın 29–dan oktyabrın 2-dək Parisdə keçiriləcək “Top Resa 2015” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Fransanın turizm təhsil ocaqları arasında görüşün təşkil olunması və danışıqların davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, görüş zamanı həmçinin kənd turizminin inkişafı, kənd təsərrüfatlarının turizm məqsədilə istifadə standartları, koordinasiya işi sahəsində əməkdaşlıq perspektivləri üzrə də fikir mübadiləsi aparılıb. Eyni zamanda, Fransalı turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində olan çətinliklər, problemlər və çatışmazlıqlar müzakirə olunub.

Qeyd edək ki, fransız turistlərin ölkəmizə daha da fəal cəlb edilməsi məqsədilə Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və bu ölkənin “Challenge Tourisme” Assosiasiyasının təşəbbüsü ilə Bakıda “Açıq innovasiya və turizm” mövzusu üzrə tədbir keçirilir. Sentyabrın 6-dək davam edəcək tədbirlərdə iştirak etmək məqsədilə Fransanın turizm sənayesi nümayəndələrin təmsil olunacağı geniş nümayəndə heyətinin ölkəmizə səfəri gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video