Alternative content

04:47 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:08 30.08.2015

 

Şəxs hər hansı özəl müəssisədə çalışmaqla yanaşı həm də bələdiyyə üzvü kimi fəaliyyət göstərə bilərmi?

 

Lamiyə Sultanova,

Bakı şəhəri

 

- Məlum olduğu kimi, bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Əgər şəxs öz səlahiyyətlərini daimi əsasla icra edən (yəni bələdiyyə büdcəsi hesabına aylıq əməkhaqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən) bələdiyyə üzvüdürsə, onda elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, o, əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. Əgər şəxs əməkhaqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvüdürsə, onda öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir (“Bələdiyyələrin statusu haqqında” qanun, 15-ci maddə).

 

 Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi