Alternative content

11:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 285
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 285
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:08 29.08.2015

 

№ 285                                                Bakı şəhəri, 18 avqust 2015-ci il

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli  qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 1.1-ci, 1.2-ci bəndlərinə və “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli  qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 587)  aşağıdakı dəyişikliklər edilsin:

1.  4-cü hissə ləğv edilsin.

2.  5-ci  hissə aşağıdakı redaksiyada verilsin:

“5. Kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmış mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştin məbləğinin ödənilməsi sənədlərin təqdim edilməsinin yubanması ilə əlaqədar olaraq cari ildə ayrılmış büdcə vəsaiti hesabına mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etsinlər.”.

3. 6-cı hissədən “, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri