Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:36 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:08 28.08.2015

 

№ 289                                    Bakı şəhəri, 24 avqust 2015-ci il

 

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.         Aşağıdakı məzmunda 2.7-ci və 14.3-cü bəndlər əlavə edilsin:

2.7.

“Elektron məhkəmə” informasiya sistemi

14.3.

Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı

2.         6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

6.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemi

3. 6.2 - 6.4-cü bəndlər ləğv edilsin.

4. 32-ci hissədə və 32.1-ci bənddə “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

5.  Aşağıdakı məzmunda 34 - 38-ci hissələr əlavə edilsin:

 

34. Müdafiə Nazirliyi üzrə

34.1.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi

 

35. Tələbə Qəbulu üzrə  Dövlət Komissiyası üzrə

35.1.

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

 

36. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə

36.1.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış   üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi

 

37. Mərkəzi Bank üzrə

37.1.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri

 

38. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə

38.1.

Ailə tərkibi və təsərrüfatı barədə məlumatlar

38.2.

Qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar

  

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM