Alternative content

02:24 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elektron turist vizasının verilməsi hüququnu əldə etmək istəyən turizm şirkətlərinin nəzərinə!
Elektron turist vizasının verilməsi hüququnu əldə etmək istəyən turizm şirkətlərinin nəzərinə!
ANA SƏHİFƏ / Turizm
08:08 26.08.2015

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq olunub.

Bu yeni qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.

​Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qeyd olunanlara əsasən, turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb edilən sənədlər qurumun turizm şöbəsinə təqdim oluna bilər.